ing. stream of consciousness, rus. potok soznaniya
XX əsr ədəbiyyatının, əsasən, modernist istiqaməti üçün xas olan bədii üsul: daxili monoloqlar vasitəsilə qəhrəmanın iç dünyasına nüfuz edilməsi.
Müəllif hiss və həyəcanların, fikirlərin, təəssüratların, assosiasiyaların bir-birinə qarışması, eləcə də sintaksisin nizamsızlığı, kəsikliyi vasitəsilə şüurun mental tərəfini canlandırmağa çalışır. Ş.A. anlayışı Amerika idealist filosofu Uilyam Ceymsə məxsusdur. O hesab edirdi ki, şüur fikirlərin, təəssüratların, xatirələrin, gözlənilməz assosiasiyaların, məntiqsiz, əcaib şəkildə bir-birinə qarışdığı çay axınıdır. M.Prust, V.Vukf, Q.Markes və C.Coysun romanları Ş.A. üsulunun klassik nümunələri hesab edilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti