izz ad-din sözü dilimizdə dinin qüdrəti, gücü, dinin qiyməti, dəyəri, etibarı, dinin şərəfi, hörməti anlamlarını ifadə edir.
İzzəddin kişi adı Azərbaycanda keçən əsrin 70-ci illərdən sonra müşahidəediləcək dərəcədə azalmışdır. Bu gün adın daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir. Azərbaycan antroponimikasında qədim şəxs adları sırasındadır. Xaqaninin müasiri olmuş, ilk dəfə haqqında A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində məlumat verilmiş, həmçinin dövrünün bir çox tanınmış şəxslərinin hamisi, öz əsrinin fəzl və kamal sahiblərindən olmuş İzzəddin Şirvani, eləcə də doğma Azərbaycan dilində şeiri gəlib çatmış ilk şair İzzəddin Həsənoğlu adın məşhur daşıyıcılarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti