Şimali Avropa ölkələrinin (İsveç, Danimarka, İslandiya, Norveç və Finlandiyanın) sosial-iqtisadi inkişaf modeli.
Həmin ölkələr arasında ciddi fərqlər olsa da, onları ümumi rifah dövlətinin və cəmiyyətdə sosial bərabərliyin bərqərar edilməsi, sosial təminatların yüksək inkişaf səviyyəsi, insan hüquqlarına ciddi riayət olunması, gəlirlərin bölgüsündə ədalətlilik prinsipinin gözlənilməsi kimi cəhətlər birləşdirir. İ.M.-ni bəzən «sosialist modeli» və ya «kapitalist sosializmi» də adlandırırlar. Reallıqda isə İ.M. bu iki sistemin (kapitalizm və sosializm) ən üstün cəhətlərini özündə birləşdirir.
Tarix terminləri lüğəti