Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İGİD türk.

igid sözü bir işdə, döyüşdə qoçaqlıq, cəsarət, qəhrəmanlıq, mərdlik göstərən, bahadır, cəsur, qoçaq mənasındadır.

Dilimizdə cəsurluq, qorxmazlıqla bağlı bir çox antroponimlər mövcuddur. İgid kişi adı da bu adlar sırasındadır. Adın təhrif olunmuş forması İgit də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti