Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

üzülmək [üzülməx'] feil

1. Xəstəlik, yorğunluq və s. nəticəsində gücdən düşmək, əldən düşmək, taqətdən düşmək, zəifləmək. Azarladım, ölmədim; üzüldüm, öldüm. (Atalar sözü).

2. Çox köhnəlmək, yıpranmaq, əldən düşmək, cırılmaq, süzülmək, qırılmaq. Köynək lap üzülmüşdür.

3. Qopmaq, ayrılmaq, aralanmaq. Onun əlləri; Gecə yarısınadək; Sükandan üzülməmiş. (İ.Səfərli).

4. Qurtarmaq üzrə olmaq, qurtarmaq. Anbarlardan ərzaq ehtiyatı üzülmür, tələbələrə gündə üç dəfə yemək verilirdi. (S.Rəhimov).

Həmçinin bax:

frazeologizm: ayağı yerdən üzülmək frazeologizm: ayaq üstə üzülmək frazeologizm: canı üzülmək frazeologizm: əhədi kəsilmək (üzülmək) frazeologizm: əl-ayağı yerdən üzülmək frazeologizm: əli əldən üzülmək frazeologizm: əli üzülmək frazeologizm: əli yerdən üzülmək frazeologizm: ümidi hər yerdən üzülmək frazeologizm: ümidi üzülmək frazeologizm: ürəyi üzülmək Azərbaycan dilinin izahlı lüğəti