1. Cismən məhv etmək, həyatdan məhrum etmək, ölümünə səbəb olmaq; qətl etmək. □ Dirini öldürmək olar, ölünü diriltmək olmaz. (Atalar sözü).
2. Məcazi mənada: çox yormaq, çox üzmək, əziyyət vermək, əldən salmaq, incitmək, çox əzab və cəfa vermək. □ Öldürmə məni, yandırma məni; Dur, gəl naz ilə, naz ilə; Söhbət, sazilə, saz ilə. (Xalq mahnısı).
3. Məcazi mənada: mənən sarsıtmaq, tamamilə ruhdan salmaq, çox ağır təsir etmək. □ Bu acı xəbər bizi öldürdü.
4. Puça çıxarmaq, puç eləmək, boş yerə sərf etmək; itirmək. □ Vaxtını öldürmək.
5. Öldürsən də, öldürsəniz də, öldürsələr də, öldürsəydin də və i.a. şəklində – əsla, qətiyyən, heç bir vəchlə. □ Öldürsən də deməyəcəyəm.
Həmçinin bax: