Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

çiyid1

Balakən, Hamamlı

Meyvə çəyirdəyi.  Hələ alçanın çiyidi bərkimiyif (Hamamlı); Bu il çoxlu şəftəli çiyidi toplamışam (Balakən).

çiyid2

Göyçay

Şüyüd. □ Bizim bağda çiyid çoxdu.

çiyid3

Cəbrayıl

Kal, yetişməmiş (qarpız). □ Qarpız hələm çiyiddi, yeməli deyil.

Azərbaycan dilinin dialektoloji lüğəti