pol. czerwony – qırmızı, qızılı
1. I Pyotrun hakimiyyətinə qədərki dönəmdə Rusiyada tədavüldə olan bütün xarici qızıl sikkələrin ümumi adı.
2. I Pyotrun pul islahatları gedişində 1701-ci ildən buraxılmış və XVIII–XIX əsrlərdə dövriyyədə olmuş 3 rubl dəyərində rus qızıl sikkəsi.
986 əyarlı qızıldan kəsilən Ç.-nun çəkisi 3,47 q olub. İkiqat dəyərə malik Ç. sikkələr də kəsilib: onların çəkisi 6,94 q təşkil edib.
3. 1922–1947-ci illərdə SSRİ Dövlət Bankının buraxdığı 10 rubl dəyərində bank biletləri.
Bu biletlər 1, 2, 3, 5, 10, 25 və 50 Ç.-luq əsginaslar şəklində olub. Ç.-un qızıl tərkibi 7,74234 q müəyyən edilib. 1947-ci ildə pul islahatı zamanı Ç.-u rublla ifadə olunan yeni bank biletləri əvəzləyib.
Tarix terminləri lüğəti