Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

çaxçax

Balakən, Gədəbəy, Kürdəmir, Qazax, Qax, Zaqatala

1. Yerə basdırılmış dirəklərə köndələn ağaclar vurmaqla düzəldilən hasar (Zaqatala, Balakən, Kürdəmir).  Çaxçaxı hündür eləsən mal aşmaz onu (Kürdəmir); Evin ətrafına çaxçax vurdurmuşam (Balakən); Qara at qaşdı getdi, çaxçaxdan aşdı getdi (Zaqatala).

2. Həyətin və ya bağçanın girəcəyində düzəldilən qapı (Borçalı, Kürdəmir, Tovuz, Zaqatala).  Ay qız, çaxçaxı bağla, bağa heyvan girər (Tovuz); Çaxçax xalxalın qapısıdı (Borçalı); Heyvanı qəhələ sal, çaxçaxı ört (Kürdəmir).

Azərbaycan dilinin dialektoloji lüğəti