Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çatmaq1 [çatmax] feil

1. Bir istiqamətdə gedərək nəzərdə tutulan yerə yetişmək, varmaq; göndərilən ünvana, yerə, şəxsə, sahibinə yetişmək. □ Atlılar hələ dolamaları enməmiş, Məmməd bəylə Kiçikbəyim çaya çatmışdılar. (Y.V.Çəmənzəminli).
2. İrəliyə doğru getməkdə olan bir adamın, maşının və s.-nin ardınca gedərək ona yetişmək, yetmək, özünü ona çatdırmaq; vaxtında yetişmək, varmaq, özünü çatdırmaq. □ ..Qara kəlin boynuna keçi piyi sürtməklə onun yerişini, gücünü artırmaq olmaz, onun ayağı ilə maşına çatmaq olmaz. (B.Bayramov).
3. ...yaşa qədər yaşamaq, yetişmək. □ Gəlin-gəlin oynayan Pərşan iyirmi bir yaşına çatıb, orta məktəb qurtarmışdı. (M.İbrahimov).
4. Müəyyən saya, həddə yetişmək. □ On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdı. (C.Məmmədquluzadə).
5. Kifayət etmək, bəs olmaq, yetmək; çatışmaq. □ Nadir maşın üstə su qaynatdı, çay dəmlədi və stəkan çatmadığı üçün qonşuya getdi. (B.Talıblı).
6. Bir şeyin zamanı gəlmək, gəlib-yetişmək, gəlib-çatmaq. □ İllər bir-bir sovuşdu, gəlib çatdım yetmişə, hələ də rast gəlmədim; bir kəs ki, arzusuna doyumunca yetişə. (R.Rza).
7. Qovuşmaq, yetişmək, birləşmək. □ ..bilmədi nə eləsin, başına nə çarə qılsın. Qız olduğunu da açıb desə, tamam biabır olacaq, öz sevgilisinə çata bilməyəcəkdir. (Nağıl).
8. Məlum olmaq, qulağa çatmaq, bilinmək. □ Verdiyevə bir şey də aydın oldu; deməli, Vahidin məsələsi yuxarılara çatmışdır. (Mir Cəlal).
9. Bərabərləşmək, bərabər olmaq, yetişmək, tay ola bilmək. □ Riyaziyyatda heç kəs ona çatmaz.
10. Əlləri ilə bir şeyin ətrafını tutmaq, qucaqlamaq, qavramaq. □ Sonra da gövdəsində qollarımı çatmışam; Onu bir ana bilib kölgəsində yatmışam. (Z.Xəlil).
11. Başa düşmək, dərk etmək. □ Sözlərdəki məna, səslərdəki titrəyiş isə Rüstəmə çatmırdı. (M.İbrahimov).

 

çatmaq2 [çatmax] feil

1. Yükləmək. □ Küsülü qardaş, gəl yükü çataq, yenə küsümüz küsü. (Atalar sözü). 

2. Ocağa, sobaya və s.yə odun və s. qoyub yandırmaq; qalamaq. □ Ocaq çatıldadıqca qığılcımlar ətrafa sıçraşır, yavaş-yavaş köz düşürdü. (İ.Şıxlı).

Həmçinin bax:

frazeologizm: ağ günə çıxmaq (çatmaq) frazeologizm: ağzı aşa çatanda başı daşa çatmaq frazeologizm: ağzına gücü çatmamaq frazeologizm: barıtı çatmamaq frazeologizm: başı çatmamaq frazeologizm: dada çatmaq frazeologizm: dadı heç yana çatmamaq frazeologizm: eşşəyə gücü çatmır, palanı döyür frazeologizm: əcəli çatmaq frazeologizm: əhdinə çatmaq (yetmək) frazeologizm: əl uzatsan, çatar (yetər) frazeologizm: əl-ayaq çatmamaq frazeologizm: əli çatmamaq frazeologizm: əli çörəyə çatmaq frazeologizm: ərki çatmaq frazeologizm: ərsəyə çatmaq (yetmək) frazeologizm: gücü çatmaq frazeologizm: haqqı çatmaq frazeologizm: hasilə çatmaq frazeologizm: kainatına çıxmaq (çatmaq) frazeologizm: kamala çatmaq (yetmək) frazeologizm: kişiliyi çatmamaq frazeologizm: kökünə çatmaq (yetmək) frazeologizm: qaşlarını çatmaq frazeologizm: qulağına çatmaq frazeologizm: pişiyin ağzı ətə çatmayanda frazeologizm: səbri kəsilmək (çatmamaq) frazeologizm: vinti çatmamaq Azərbaycan dilinin izahlı lüğəti