Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çıraq [çırax] isim fars

1. Hər cür işıqlandırıcı cihaz (qaraçıraq, lampa, fənər, lampoçka və s.).Kasıb çıraq yandırar, dövlətlinin pulunu sayar. (Atalar sözü).
2. Məcazi mənada: işıq, ziya, nur mənasında.Bu dağı bağ eylərəm, ay bülbüllər; Yanın çardaq eylərəm, ay bülbüllər; Eşitsəm sən gəlirsən, ay bülbüllər; Yolunu çıraq eylərəm, ay bülbüllər. (Xalq mahnısı).

Həmçinin bax:

frazeologizm: çırağı öləzimək frazeologizm: çırağı sönmək frazeologizm: çırağını söndürmək frazeologizm: çırağını yandırmaq frazeologizm: dibinə işıq salmayan çıraq frazeologizm: gözünün işığı (çırağı) frazeologizm: gündüz çıraqla axtarmaq frazeologizm: qəm çırağı sönmək frazeologizm: özgə çırağına yağ olmaq frazeologizm: ümid çırağı yandırmaq frazeologizm: yanan çırağı keçmək (sönmək) Azərbaycan dilinin izahlı lüğəti