Orta əsrlərdə bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda yayılmış atçılıq idman növü.
Ç. adı ağacdan hazırlanan alətin adından götürülüb. Ot üstündə xokkeyi xatırladan Ç.-in qaydalarına görə, hər biri bir neçə atlıdan ibarət iki komandanın üzvləri uzunluğu 120–130 sm olan ucuəyri Ç.-lə topu rəqib qapısından keçirməyə çalışırlar. Oyun uzunluğu 90–120 m, eni isə 60–120 m olan sahədə keçirilir. Meydançanın hər iki qurtaracağında düzəldilən qapı dirəklərinin hündürlüyü 2–5 m olur. Ç. oyunu, adətən, musiqi sədaları altında keçirilir.
Tarix terminləri lüğəti