Reklam
Reklam

Tarix terminləri lüğəti

Çuxursəd

türk. çukur – çökək, çala + set – düzənlik yayla

XV–XVIII əsrlərdə Azərbaycanın tarixi vilayətlərindən birinin adı; indiki Ermənistan Respublikasının ərazisini əhatə edən və Axısxadan Qarabağadək uzanan sahə.

Ç.-in mərkəzi İrəvan şəhəri olub. Ehtimala görə, Araz çayının orta axarının hər iki sahili həqiqətən çökək düzənliklərdən ibarət olduğu üçün bu ərazi belə adlanıb. Səfəvilər dönəmində – XVI əsrin I yarısında həmin ərazidə Ç. bəylərbəyiliyi yaradılıb. XVII əsrdən Naxçıvan vilayəti də Ç. bəylərbəyiliyinin tərkibinə daxil edilib. Səfəvilər dövləti və Nadir şahın süqutundan sonra Ç. ərazisində İrəvan və Naxçıvan xanlıqları yaranıb.

Tarix terminləri lüğəti