Reklam
Reklam

Tarix terminləri lüğəti

başpulu

Azərbaycanda xanlıqlar dövründə (XVIII əsr) adambaşına, əsasən, kişilərdən alınan can vergisi.

Evlilərdən ikiqat artıq B. alınıb, onun konkret həcmi isə qeyri-müəyyən olub. B. Bakı və Qarabağ xanlıqlarında otaqxərci, Naxçıvan xanlığında evpulu, Şəki xanlığında tüstüpulu adlanıb.

Həmçinin bax:

Tarix terminləri lüğəti