- Anlayana qul ol, anlamayana ağa olma. (Azərbaycan)
- Camal gedər, kamal qalar. (Azərbaycan)
- Cahil ilə bal yemə, aqil ilə daş daşı. (Azərbaycan)
- Cahilin ibadətindən alimin yuxusu yaxşıdır. (Azərbaycan)
- Dəvəcən boyun olunca, düyməcə ağlın olsun. (Azərbaycan)
- Ağıl ağıldan üstündür, söz sözdən ötgün. (Azərbaycan)
- Ağıllıya işarə, nadana kötək! (Azərbaycan)
- Ağıllı qəm yeyər, dəli – qamçı! (Azərbaycan)
- Ağıllı bir dəfə aldanar. (Azərbaycan)
- Ağılsız adama nəsihət etmək dənizə su tökmək kimidir. (Azərbaycan)
- Ağıllının zənni cahilin həqiqətindən yaxşıdır. (Azərbaycan)
- Ağıllı uşaq bələkdə özünü göstərər. (Azərbaycan)
- Ağıllı olub dərd çəkincə, dəli ol, dərdini çəksinlər. (Azərbaycan)
- Ağıllı kişini falçılar sevməz. (Azərbaycan)
- Ağıllı ədəbi ədəbsizdən öyrənər. (Azərbaycan)
- Ağıllı düşməndən qorxma, dəli dostdan qorx. (Azərbaycan)
- Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz. (Azərbaycan)
- Ağıllı balaca yekə cahildən yaxşıdır. (Azərbaycan)
- Ağıla paxıllıq olmaz. (Azərbaycan)
- Ağıl gücdən üstündür. (Azərbaycan)