Reklam
Reklam
  • Ana evin dirəyidir. (Azərbaycan)
  • Anadan olmayan qardaş sayılmaz. (Azərbaycan)
  • Anasından qabağa düşən quzunu qurd yeyər! (Azərbaycan)
  • Anasına bax, qızını al, qırağına bax – bezini. (Azərbaycan)
  • Ana qızına taxt verər, ata qızına bəxt! (Azərbaycan)
  • Arvadsız ev – susuz dəyirman! (Azərbaycan)
  • Arvad yıxan evi, fələk də yıxa bilməz. (Azərbaycan)
  • Arvad var, ev tikər, arvad var, ev yıxar. (Azərbaycan)
  • Ər ilə arvadın torpağı bir yerdən götürülüb. (Azərbaycan)
  • Ər-arvadın savaşı – yaz gününün yağışı! (Azərbaycan)
  • Qocaya hörmət elə; sən də qocalarsan. (Azərbaycan)
  • Qocaların biliyi, cavanların biləyi. (Azərbaycan)
  • Qoca evin sütunudur. (Azərbaycan)
  • Kişisi olmayan evin ruzisi olmaz. (Azərbaycan)
  • Vaxtı itirsən hədər, görərsən böyük zərər. (Azərbaycan)
  • Cücəni payızda sayarlar. (Azərbaycan)
  • Oynamaq bilmir, deyir: yerim dardır! (Azərbaycan)
  • Alim olmaq asandır, insan olmaq çətin. (Azərbaycan)
  • Çox yaşayan çox bilməz, çox gəzən çox bilər. (Azərbaycan)
  • Yaşına baxma, başına bax! (Azərbaycan)