- Böyük sözünə baxmayan böyürə-böyürə qalar. (Azərbaycan)
- Böyük olan yerdə kiçik danışmaz. (Azərbaycan)
- Söz var, el içində, söz var, ev içində. (Azərbaycan)
- Atanın duası, ananın ahı yerdə qalmaz. (Azərbaycan)
- Atana necə baxarsan, övladın da sənə elə baxar. (Azərbaycan)
- Atasını, anasını görməsəydim, özünə xan deyərdim. (Azərbaycan)
- Atasında olmayanı balasında axtarma. (Azərbaycan)
- Atalar nə əkiblər, oğullar onu biçiblər. (Azərbaycan)
- Ata olarsan, ata qədrini bilərsən! (Azərbaycan)
- Atası balıqçı olub, oğlu da suya baxır. (Azərbaycan)
- Ata malından mal olmaz, özün qazanmaq gərək! (Azərbaycan)
- Yanan da ana, yaman da ana! (Azərbaycan)
- Arvadı və atı əlborcu verməzlər. (Azərbaycan)
- Arvadın xirtdəyi (hülqumu) olmaz. (Azərbaycan)
- Arvadın isməti – ərin izzəti. (Azərbaycan)
- Arvadı ahıl gözü ilə, atı cahıl gözü ilə. (Azərbaycan)
- Arvadı bəd olanın saqqalı tez ağarar. (Azərbaycan)
- Arvadı əri saxlar, pendiri dəri. (Azərbaycan)
- Ana ürəyi, dağ çiçəyi. (Azərbaycan)
- Ana qəlbi kövrək olar. (Azərbaycan)