- Qızıl ləyənin içinə qan qusandan sonra nəyə gərək?! (Azərbaycan)
- Dövlətlinin xoruzu da yumurtlar. (Azərbaycan)
- Dövlətlinin dili uzun olar, əli qısa. (Azərbaycan)
- Dövlətin ən yaxşısı ağıldır. (Azərbaycan)
- Dövlətə bel bağlama. (Azərbaycan)
- Dövlət dəniz suyu kimidir: içdikcə içmək istəyirsən. (Azərbaycan)
- Aldığın sənin deyil, xərclədiyin sənindir. (Azərbaycan)
- Dövlət ağıllının nökəridir, axmağın ağası. (Azərbaycan)
- Yaxşıya yaxşı deyərlər, yamana yaman. (Azərbaycan)
- Yaxşılıq qarşılıqlı (ikitərəfli) olur. (Azərbaycan)
- Yaxşılıq itməz. (Azərbaycan)
- Yaxşılıq eləyib, bir şey umursansa, eləməsən yaxşıdır. (Azərbaycan)
- Yaxşılıq eləyən yaxşılıq görər. (Azərbaycan)
- Yaxşılıq elə, minnət qoyma. (Azərbaycan)
- Yaxşılıq elə ki, başına gəlsin. (Azərbaycan)
- Yaman yeyənin olsun, yaman deyənin olmasın. (Azərbaycan)
- Yaman olmasa, yaxşılığın qədri bilinməz. (Azərbaycan)
- Yaman günü görməyən yaxşı günün qədrini bilməz. (Azərbaycan)
- Yaman günə səbr edən yaxşı günə tez çatar. (Azərbaycan)
- Şər deməsən, xeyir gəlməz. (Azərbaycan)