Reklam
Reklam
  • Quyuya tüpürmə, vaxt olar, suyunu içməli olarsan. (Azərbaycan)
  • Şərti şumda kəs, xırmanda yabalaşmayasan! (Azərbaycan)
  • Yorğanına bax, ayağını uzat. (Azərbaycan)
  • Acıqlı başda ağıl olmaz. (Azərbaycan)
  • Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə! (Azərbaycan)
  • Ürək yanmasa, gözdən yaş çıxmaz. (Azərbaycan)
  • Gördüyündən göz kirayəsi istəyir. (Azərbaycan)
  • Papağı tülkü dərisindən, xəbəri yox gerisindən. (Azərbaycan)
  • Yersiz gəldi, yerli, qaç! (Azərbaycan)
  • Evdə öz başını bağlaya bilmir, toyda gəlin başı bağlayır. (Azərbaycan)
  • Yaxşını yada vermə – hayıfdır,
    Yamanı yada vermə – ayıbdır!
    (Azərbaycan)
  • Qaşınmayan yerdən qan çıxardar. (Azərbaycan)
  • Ölülər elə bilir ki, dirilər halva yeyir. (Azərbaycan)
  • Dumbul görər, oynar, mehrab görər, ağlar. (Azərbaycan)
  • Balıq başından iylənər. (Azərbaycan)
  • İsti çörək təndirdən, minnəti yox pendirdən. (Azərbaycan)
  • Görünən kəndə nə bələdçi?! (Azərbaycan)
  • Adımı sənə qoyum, səni yana-yana qoyum! (Azərbaycan)
  • Kor kora kor deməsə, bağrı çatlar. (Azərbaycan)
  • Qara məni basınca, mən qaranı basım. (Azərbaycan)