- Haqq yandıran şamı söndürmək olmaz. (Azərbaycan)
- Yaman günün ömrü az olar. (Azərbaycan)
- Zülm yerdə qalmaz. (Azərbaycan)
- Zülm ilə abad olan ədl ilə bərbad olar. (Azərbaycan)
- Ağ gün ağardar, qara gün qaraldar. (Azərbaycan)
- Gül tikansız olmaz. (Azərbaycan)
- Pis günümdə məni istə, yaxşı gündə istəyənim çox olar. (Azərbaycan)
- Pis günümdə məni istə, yaxşı gündə istəyənim çox olar. (Azərbaycan)
- Pisi istəmir, yaxşıya da əli çatmır. (Azərbaycan)
- Pis olmasa, yaxşının qədri bilinməz. (Azərbaycan)
- Ağın adı var, qaranın dadı! (Azərbaycan)
- Zor qapıdan gələndə, haqq bacadan qaçar. (Azərbaycan)
- Qaradan tünd rəng yoxdur! (Azərbaycan)
- Qara günün ağ günü də var! (Azərbaycan)
- İlanın ağına da lənət, qarasına da. (Azərbaycan)
- Qohumun kimdir? – Yaxın qonşum. (Azərbaycan)
- Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı qonaq! (Azərbaycan)
- Gülmə qonşuna, gələr başına! (Azərbaycan)
- Gəmiyə minib gəmiçi ilə dalaşma. (Azərbaycan)
- Evdə bişməyib, qonşudan gəlməyib! (Azərbaycan)