- Quyuya tüpürmə, vaxt olar, suyunu içməli olarsan. (Azərbaycan)
- Şərti şumda kəs, xırmanda yabalaşmayasan! (Azərbaycan)
- Yorğanına bax, ayağını uzat. (Azərbaycan)
- Acıqlı başda ağıl olmaz. (Azərbaycan)
- Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə! (Azərbaycan)
- Ürək yanmasa, gözdən yaş çıxmaz. (Azərbaycan)
- Gördüyündən göz kirayəsi istəyir. (Azərbaycan)
- Papağı tülkü dərisindən, xəbəri yox gerisindən. (Azərbaycan)
- Yersiz gəldi, yerli, qaç! (Azərbaycan)
- Evdə öz başını bağlaya bilmir, toyda gəlin başı bağlayır. (Azərbaycan)
- Yaxşını yada vermə – hayıfdır,
Yamanı yada vermə – ayıbdır!
(Azərbaycan)
- Qaşınmayan yerdən qan çıxardar. (Azərbaycan)
- Ölülər elə bilir ki, dirilər halva yeyir. (Azərbaycan)
- Dumbul görər, oynar, mehrab görər, ağlar. (Azərbaycan)
- Balıq başından iylənər. (Azərbaycan)
- İsti çörək təndirdən, minnəti yox pendirdən. (Azərbaycan)
- Görünən kəndə nə bələdçi?! (Azərbaycan)
- Adımı sənə qoyum, səni yana-yana qoyum! (Azərbaycan)
- Kor kora kor deməsə, bağrı çatlar. (Azərbaycan)
- Qara məni basınca, mən qaranı basım. (Azərbaycan)