lat. latus – geniş + lat. fundus – mülk, malikanə
Böyük torpaq sahəsi olan malikanə.
L.-lar Qədim Romada mövcud olub, belə malikanələrdə qul əməyi əsasında kənd təsərrüfatı məhsulları becərilib. XV əsrdən sonra L.-lar Latın Amerikası ölkələrində yayılıb. İspanları yeni müstəmləkələrdə məskunlaşdırmağa həvəsləndirmək üçün ilk vaxtlar L.-lar burada onlara hədiyyə olaraq verilib.
See also:
Coğrafiya terminləri lüğətiital. lava < lat. lavare – ilkin mənasında: yumaq, yuyunmaq
1. Vulkanın püskürdüyü qaynar mineral kütlə.
Yer səthinə çıxan maqma tərkibində olan yüngül fraksiyaları – qazları itirdikdən sonra L. adlanır. L. maye halında və ya elastik formada olur, tərkibinə görə çoxlu növlərə bölünür. Soyuyanda effuziv dağ süxurları (bazalt, andezit, liparit), platolar yaradır.
2. Yerin altında kömür çıxardılan uzun dəhliz formasında sahə.
Coğrafiya terminləri lüğətiPaleozoy erasında mövcud olduğu fərz edilən Laurensiya (Şimali Amerika) qitəsinin adının baş hərfi ilə Avrasiya qitəsinin adının birləşməsindən
Geoloji keçmişdə Yerin Şimal yarımkürəsində böyük quru sahəsi.
L.-nın planetin qədim supermateriki Pangeyanın Mezozoy erasında (təxminən 200-180 mln. il əvvəl) iki hissəyə parçalanması nəticəsində əmələ gəldiyi güman olunur. Sonrakı tarixi mərhələdə o, Avrasiya və Şimali Amerika materiklərinə bölünüb, arada Atlantik okeanı yaranıb.
See also:
Coğrafiya terminləri lüğətiTroposferin alt qatında horizontal lay formasında açıq, yaxud tünd-boz rəngli yastı buludlar.
L.B. dumana bənzəyir, nazik və Yerə yaxın olur (adətən, 100-400 metr), buna görə onlara “yüksək duman” da deyilir. Əksər hallarda göy üzünü tam örtür, amma parçalanmış L.B.-a da rast gəlinir. L.B. isti havanın yuxarı qalxaraq soyuması, həmçinin temperaturun kəskin aşağı düşməsi nəticəsində yaranır. Bəzən narın yağış, az miqdarda qar yağdırır. Elmi ədəbiyyatda L.B. “stratus” (St) adlandırılır. Oksford lüğətlərində bu terminin latın sözü “stratum”dan (hərfi mənada: səpələnmiş) törədiyi göstərilir.
See also:
Coğrafiya terminləri lüğətiTroposferin alt qatında topa laylar, cərgələr şəklində boz dalğavarı buludlar.
L.-T.B. topa buludların yayılması, yaxud laylı-yağış buludlarının parçalanması nəticəsində əmələ gəlir, adətən, 2 km-dək yüksəklikdə yerləşir, onların qalınlığı 200-800 metr olur. Bəzən qısa müddət davam edən yağış, qar gətirir. Elmi ədəbiyyatda “stratocumulus” (Sc) (latın dilindən tərcümədə: səpələnmiş kütlə) adlandırırlar.
Coğrafiya terminləri lüğətiTroposferin alt qatında tutqun boz rəngli iri lay buludlar.
L.-Y.B.-ın qalınlığı bir neçə km-ə çatır. Onlar özləri ilə uzun müddət davam edən yağış və qar gətirir. L.-Y.B. elmi ədəbiyyatda “nimbostratus” (Ns) (latın dilindən tərcümədə: səpələnmiş bulud) adlandırılır.
See also:
Coğrafiya terminləri lüğətilat. lintea – kətandan düzəldilmiş + yun. oikos – məkan + yun. systema – tərkib hissələrdən ibarət bütöv
Yer səthində nisbətən ətalətli su dövranına malik su hövzələrində canlı orqanizmlərin, onları əhatə edən mühitin yaratdığı vahid təbii, yaxud təbii-antropogen kompleks.
L.E.-ə göllər, nohurlar və su anbarlarının, digər durğun su hövzələrinin ekoloji sistemləri daxildir. L.E. üç zonaya ayrılır: litoral, limnik və profundal zonalar. Bu zonalarda suyun sirkulyasiyası, temperaturu, işığın miqdarı və s. fərqlidir.
See also:
Coğrafiya terminləri lüğətiQısamüddətli, böyük intensivliyə malik atmosfer yağıntısı.
L. soyuq atmosfer cəbhəsində baş verən proseslər, yaxud konveksiya nəticəsində əmələ gəlir, adətən, güclü yağış, bəzən həm də sulu qar, qar formasında olur. L.-lar daşqınlar, sellər törədir, kənd təsərrüfatına, nəqliyyatın hərəkətinə ciddi ziyan vurur.
Coğrafiya terminləri lüğətiTroposferin üst qatında buz kristallarından ibarət ağ buludlar.
L.B. ensiz lifli xətlər, kiçik fraqmentlərin sıralandığı uzun cərgələr formasında lələkvarı elementlərdən yaranır. Onlar 6000 metrdən yüksəklikdə yerləşir və yağıntı vermir. Elmi ədəbiyyatda L.B.-ı “cirrus” (Ci) (latın dilindən tərcümədə: qıvrım tel) adlandırırlar.
See also:
Coğrafiya terminləri lüğətiTroposferin üst qatında nazik, ağ örtük formasında buz kristallarından ibarət buludlar.
Bəzən güclə gözə görünür, yalnız göy üzünə ağımtıl çalar verir, bəzən isə uzun sap topasına oxşayır. L.-L.B. geniş hava təbəqələri çoxsəviyyəli konvergensiya nəticəsində yuxarı qalxdıqda 6000-8000 metrdən yüksəklikdə yaranır. İşıq buz kristallarından keçərək sındıqda Günəşin, yaxud Ayın ətrafında parlaq ağ dairələr formalaşdırır. Elmi ədəbiyyatda L.-L.B.-ı “cirrostratus” (Cs) (latın dilindən tərcümədə: qıvrım + səpələnmiş) adlandırırlar.
See also:
Coğrafiya terminləri lüğəti