Buludlardan damlalar şəklində (yağış) və ya bərk halda (qar, dolu, buz kristalları) yerə düşən, habelə havadan Yer səthinə və əşyaların üzərinə çökən (şeh, qırov, sırsıra) su.
Y.-nın miqdarı düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. İntensivliyinə və davamiyyətinə görə Y.-ları üç növə ayırırlar:
1. Leysan Y.-lar – topa-yağış buludlarından iri yağış (damlaların diametri 7 mm-ə qədər), qar, dolu şəklində qəflətən düşərək uzun çəkmir, intensivliyi bəzən 21,5 mm/dəqiqəyə çatır (məs.: Havay adalarında).
2. Aramsız Y.-lar – adətən, narın yağış halında laylı-yağış və yüksək laylı buludlardan düşür, orta intensivlikdə olur, bəzən bir neçə gün davam edir.
3. Çiskin Y.-lar – laylı və laylı-topa buludlardan, gözlə güclə seçilən xırda su damlaları (diametri 0,5 mm-dən kiçik) və ya xırda qar, buz kristalları formasında düşür, intensivliyi çox zəif olur.
Coğrafiya terminləri lüğəti