lat. convectio – aparıram
1. Atmosferdə müxtəlif temperatura və sıxlığa malik hava kütlələrinin şaquli hərəkəti.
K. ətraf mühitə nisbətən daha isti və seyrək havanın yuxarıya, daha soyuq və sıx havanın isə aşağıya doğru hərəkəti nəticəsində baş verir. Bu hadisə atmosfer (xüsusilə ekvatorial enliklərdə) qatları arasında istilik və rütubət mübadiləsində mühüm rol oynayır.
2. Maye və qazların su hövzələrində, yerin altında müxtəlif temperatur və sıxlığa malik süxurlar, mühitlər, laylar arasında şaquli yerdəyişməsi.
Məsələn, su hövzəsində isti maye yuxarı qalxır, soyuq maye isə aşağı enir; temperatur fərqi aradan qalxarsa, proses dayanır.
Coğrafiya terminləri lüğəti