Klassik poeziyada geniş yayılmış epistolyar şeir.
Mənzum məktublarda, əsasən, dövrün ictimai-siyasi hadisәlәrindәn bәhs olunur. Q.Zakirin M.F.Axundzadəyə yazdığı “Vilayətin məğşuşluğu haqqında” şeirini mənzum məktuba misal göstərmək olar:
Xəbər alsan bu vilanın əhvalın,
Bir özgədir keyfiyyəti-Qarabağ.
Həqdi, bundan əqdəm görübsən sən də,
Hanı o qaidə, o qanun sayaq?
Mənzum məktublar şairin hәyatını, mühitini, tәmasda olduğu adamları vә s.-ni öyrənmәk baxımından qiymәtli tarixi sәnәdlәrdir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiNəzmlə yazılmış irihəcmli epik janr növü.
Mənzum romanların əsasında çoxşaxəli süjet, mürəkkəb kompozisiya, çoxsaylı hadisə, müxtəlif insan xarakterləri dayanır. Şərq ədəbiyyatında Nizami Gəncəvinin poemaları həm də mənzum roman adlanır. Müasir ədəbiyyatımızda S.Vurğunun “Aygün” poemasını da mənzum roman adlandırmaq mümkündür. Rus ədəbiyyatında A.Puşkinin “Yevgeni Onegin” əsəri mənzum romanın ən gözəl nümunələrindən hesab olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiNəzmlə yazılmış süjetli lirik və ya epik şeir.
Mənzumədə bitkin bir hadisə və ya əhvalat öz ifadəsini tapır. Müxtəlif vəzn və janrlarda olur. Azərbaycan ədəbiyyatında Məhcur Şirvaninin “Qisseyi-Şirzad”, Şakir Şirvaninin “Əhvali-Şirvan”, M.V.Vidadinin “Müsibətnamə” əsərləri mənzumə nümunələridir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXalqın adәt, әnәnә vә ayinlәrini əks etdirən, müxtəlif mәrasimlәr zamanı oxunan lirik nəğmələr.
İnsanların qədim həyat və məişəti, dünyagörüşü və etiqadları ilə bağlı olan nəğmələrdir. Mәrasim nәğmәlәrinin məzmunca müxtəlif növləri vardır. Onlardan ikisi daha geniş yayılıb: toy mərasim nəğmələri və yas mərasim nəğmələri. Elçilik, nişan, oğul evləndirmək, gəlin köçürməklə bağlı oxunan nəğmələr toy mərasim nəğmələri adlanır:
Qızılgülü biçmişəm,
Biçəndə and içmişəm.
Yüz gözəlin içindən
Təkcə səni seçmişəm.
Yas mərasim nəğmələri ölümlə, fəlakətlə bağlı nəğmələrdir, məzmununda qəm, kədər, iztirab əhvali-ruhiyyəsi güclü olur. Yas mərasim nəğmələri bayatı şəklində olur və el arasında onlara ağılar və ya edilər də deyilir:
Mən aşiq, qoşa dağlar,
Çatıb baş-başa dağlar.
Sizdə oğul itirdim,
Dönəsiz daşa, dağlar.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHərəkətin adını bildirən, həm feilin, həm də ismin xüsusiyyətlərini daşıyan təsriflənməyən feil.
Feillərin kökünə və ya başlanğıc formasına -maq, -mək şəkilçisini artırmaqla düzəlir: oxumaq, fikirləşmək və s. Məsdər isim kimi hallanır (uçmağın, uçmağı, uçmaqdan və s.), mənsubiyyət şəkilçisi qəbul edir (oxumağım) və cümlənin müxtəlif üzvü ola bilir. İsimlər kimi qoşmalarla işlənir (yazmaq üçün), II və III növ təyini söz birləşmələrinin həm birinci, həm də ikinci tərəfi kimi çıxış edir. Bununla yanaşı, isimlərdən fərqli olaraq məsdər cəmlənə bilmir. Feil kimi məsdərə də inkarlıq şəkilçisi qoşula bilir: istəməmək. Məsdər feilin bütün məna növlərinə məxsus şəkilçilərlə işlənə bilir: yazmaq, yazılmaq, yazışmaq, yazdırmaq və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMəsdərlə işlənib özündən əvvələ söz toplayan və cümlənin mürəkkəb üzvü kimi çıxış edən tərkib.
Məsdər tərkibinin asılı tərəfi isə müxtəlif nitq hissələri ilə ifadə oluna bilər: yaxşı oxumaq, beş almaq, belə danışmaq, oxuyub gəlmək, aşağı düşmək. Məsdər tərkibləri cümlədə müxtəlif sintaktik vəzifədə çıxış edə bilər:
− mübtəda: Onu görmək mənim üçün xoş oldu.
− tamamlıq: Onu görməyi çox arzulamışam.
− ismi xəbər: Mənim məqsədim onu görməkdir.
− məqsəd zərfliyi: Onu görmək üçün kəndə getdim.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. – ikilik, qoşalıq
Klassik Şәrq vә Azәrbaycan poeziyasında geniş yayılmış şeir şәkillәrindәn biri.
Məsnəvinin hər iki misrası beyt təşkil edərək bir-biri ilə qafiyələnir və müstəqil fikir ifadə edir: a.a, b.b, c.c, d.d və s.; məsələn:
İraqa, İrana eyləsəm səfər,
Başıma yağıştək yağar simü-zər.
Şahlar məclisimdə diz çökər mənim,
Başıma tabaqla zər tökər mənim. (Ə.Xaqani)
Məsnəvinin sadə quruluşa malik olması geniş təhkiyəyə imkan verir. Azərbaycan ədəbiyyatında məsnəvi şəklində ilk epik əsər Ə.Xaqaninin “Töhfətül-İraqeyn” poeması sayılır. Sonrakı dövrlərdə məsnəvi geniş yayılıb, N.Gəncəvi və M.Füzuli kimi qüdrətli sənətkarların yaradıcılığında özünə yer alıb. Ədəbiyyatımızda ana dilində ilk məsnəvi şəklində olan epik şeir nümunəsi isə XIII əsrdə yazılmış “Dastani-Əhməd Hərami” poemasıdır. Nəzmlə yazılan təmsillər, demək olar ki, həmişə məsnəvi şəklində olur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. tülü – günəşin doğduğu yer
Klassik poeziyada beytlərlə yazılan şeirlərin ilk beyti.
Mətlə beytin qafiyəsi məsnəvidə, qəzəl və qəsidə janrlarında a.a, qitə janrında isə a.b şəklindədir. Nümunələrdə bunu müqayisə etmək olar:
Olmasaydı qəmi-eşqin dili viranımda,
Saxlamazdım onu bu izzət ilə yanımda.
(S.Ə.Şirvani, qəzəl, mətlə beyt)
Var neçə şair ki, rəsmi-şeiri məndən ögrənib,
Onların ustadiyəm, aləm bilir, bilittifaq.
(S.Ə.Şirvani, qitə, mətlə beyt)
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBədii əsərdə müəllifin çatdırmaq istədiyi əsas fakt və fikirlərin məcmusu.
Məzmun və forma bir-biri ilə vəhdət təşkil edən fəlsəfi kateqoriyalardır. Bu kateqoriyalar istənilən varlıq və ya hadisənin mahiyyətini təşkil edir. Hər bir sözün ifadə etdiyi anlayış onun məzmunu, hərf və səs tərkibi isə həmin sözün formasıdır. Formaya nisbətən məzmun ilkindir; müəllif əsəri yazmağa başlayarkən, ilk növbədə, hansı hadisə, fakt və fikirləri çatdıracağı barədə düşünür. Yalnız bundan sonra yazacağı əsərin formasını – janr, üslub və s.-ni müəyyən edir. Eyni məzmunlu, lakin müxtəlif formalı əsərlər ola bilər. Eləcə də eyni formalı, müxtəlif məzmunlu nümunələr də vardır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏşyanın miqdarını bildirən və nə qədər? neçə? suallarına cavab verən saylar.
Miqdar saylarının aşağıdakı növləri var:
1. Müəyyən miqdar sayları – on beş, yeddi, yüz on iki və s.
2. Qeyri-müəyyən miqdar sayları – xeyli, bir qədər, çox və s.
3. Kəsr sayları – beş tam onda üç, yeddidə bir və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİş və hərəkətin qeyri-müəyyən miqdarını bildirən və neçə? nə qədər? nə dərəcədə? suallarına cavab verən zərf.
Miqdar zərfləri quruluşca sadə (az, çox, xeyli və s.), düzəltmə (tamamilə, dəfələrlə, bütünlüklə, azacıq və s.) və mürəkkəb (çox-çox, iki-iki, az-az, az-çox, az-maz, qat-qat və s.) olur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBaşqa dildən alınmayan, mənşə etibarilə hər bir dilin özünəməxsus olan söz.
Azərbaycan dilində sadə feillərin hamısı, şəxs əvəzlikləri, sayların və köməkçi nitq hissələrinin əksəriyyəti, qohumluq bildirən sözlər və s. milli sözlərdir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞәrq әdәbiyyatında lirik şeir növlәrindәn biri; dini mövzuda qəsidə və ya məsnəvi.
Minacatın leytmotivini Tanrıya yalvarış, səcdə, sitayiş təşkil edir. Bu şeirlərdə Allahın qüdrәt vә ülviyyәti, ilahi ehkamlar vә s. tәrәnnüm edilir. Dәbdәbәli üslub, hәdsiz mübaliğә minacatda әsas yer tutur. Dini mərasimlərdə minacatlar musiqi ahəngi ilə oxunarmış.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDanışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsi.
Modal sözləri şərti olaraq aşağıdakı məna növlərinə ayırmaq olar: təsdiq bildirən modal sözlər: əlbəttə, həqiqətən, doğrusu, düzü və s.; ehtimal, güman və şübhə bildirən modal sözlər: gərək, yəqin, görünür, deyəsən və s.; nəticə və ümumiləşdirmə bildirən modal sözlər: deməli, yaxşı, demək, xülasə, beləliklə, nəhayət və s.; fikrin mənbəyini bildirən modal sözlər: məncə, fikrimizcə və s.; təəssüf bildirən modal sözlər: təəssüf ki, heyif ki, əfsus ki və s.; bənzətmə və ya müqayisə bildirən modal sözlər: sanki, elə bil, elə bil ki və s. Bütün modal sözlər ayrı yazılır, cümlə üzvlərindən vergüllə ayrılır (sanki, elə bil, elə bil ki, guya istisna olmaqla) və cümlənin əvvəlində, ortasında, sonunda işlənə bilir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. monos – tək, vahid + grapho – çəkirəm, yazıram
Ədəbiyyatşünaslıqda müəyyən mövzuya, problemə və ya ədəbi şəxsiyyətin yaradıcılığına həsr edilən elmi əsər.
Sözün etimologiyasından çıxış edərək çox zaman monoqrafiyanı bir müəllif tərəfindən yazılmış tədqiqat əsəri kimi qələmə verirlər; məs.: Mir Cəlalın “Füzuli sənətkarlığı”, M.İbrahimovun “Böyük demokrat” monoqrafiyaları və s.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti