Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

müəyyən miqdar sayları

Əşyanın konkret miqdarını bil­dirən və neçə? nə qədər? suallarına cavab verən saylar; məs.: beş, on, yüz, otuz üç, yüz on və s.

Müəyyən miqdar saylarından sonra gələn isimlər yalnız təkdə işlənir; məs.: on beş şagird, beş kitab və s. Müəyyən miqdar sayları ilə isimlər ara­sında çox vaxt numerativ sözlər işlənir: nəfər, baş, ədəd, dənə, cüt, dəst və s. Göz, tikə, parça, dəstə, top və s. nu­merativ sözləri də müəyyən miqdar sayları ilə isimlər arasında işlənir: üç göz otaq, bir tikə qənd, bir parça çorək, iki dəstə gül, bir top çit və s.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti