yun. monos – tək, vahid + grapho – çəkirəm, yazıram
Ədəbiyyatşünaslıqda müəyyən mövzuya, problemə və ya ədəbi şəxsiyyətin yaradıcılığına həsr edilən elmi əsər.
Sözün etimologiyasından çıxış edərək çox zaman monoqrafiyanı bir müəllif tərəfindən yazılmış tədqiqat əsəri kimi qələmə verirlər; məs.: Mir Cəlalın “Füzuli sənətkarlığı”, M.İbrahimovun “Böyük demokrat” monoqrafiyaları və s.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti