Bəbəkoyunu meydan tamaşalarından biri, kölgə teatr tamaşası.
Bu oyunda yer alan iki obrazdan birinin adı Qaragöz, digəri isə Hacivatdır. Qaragöz ağıllı, savadlı, zəkalı, Hacivat isə onun tam əksidir. Qaragöz xalqı təmsil edir, Hacivat isə hakim təbəqəni. Dəvə dərisindən hazırlanmış kukla-obrazların rəngli kölgələri arxadan vurulan işıqla ağ pərdəyə ötürülür. Tamaşa zamanı fonda musiqi də verilir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBədii əsərdə hadisələrin inkişafında rol oynayan əsas surətlərdən biri.
Q. ifadəsi insan surətləri ilə bağlı işlədilir və alleqorik obrazlara aid olunmur. Epizodik surətlərdən fərqli olaraq Q. əsərin ideyasının açılmasında mühüm rol oynayır. M.Füzulinin “Leyli və Məcnun” poemasında İbn Səlam, Leylinin anası, Məcnunun atası və d. obrazlar ədəbi qəhrəmanlardır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQəhrəmanlar haqqında əsatirlər.
Bu miflərin baş qəhrəmanları ilahlar və adi insanların izdivacından doğulan qəhrəmanlar (qədim yunan mifologiyasında Herakl, Axilles və b.) və ya əfsanəvi epos qəhrəmanları ola bilər. Q.M.-nin tipik süjeti üçün qəhrəmanın qeyri-adi uşaqlığı, şücaətlərinin təsviri, əjdaha və başqa mifik varlıqlar üzərində qələbə, gözəl qızın xilas edilməsi və s. xarakterikdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMisgərlik və qalayçılıqla bağlı oxunan əmək nəğmələri.
Q. “qalayçı” sözünün təhrif olunmuş variantıdır. Q.-lər məzmununa görə rəngarəngdir. Mahnıbaşıları “Qəleylidir qənd ilə”, “Qəleylidir, qəleylidir, qəleyli” və “Qalayçı oğlan, kasanı qalayla” sözlərindən ibarət olan bu nəğmələr qalayçı əməyini tərənnüm etsə də, mətnlər çox zaman məhəbbət mövzusunda olur:
Yar qoyar bağda məni,
Qəleylidir, qəleylidir, qəleyli.
Nə ağır çağda məni,
Qəleylidir, qəleylidir, qəleyli.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiOrta əsrlər türk ədəbiyyatında saz şairlərinin əruz vəznində “məfulü, məfailü, məfailü, fəulün” vəznində yaratdıqları qəzəl.
Nümunə:
Ya rəb, məni ol afəti-dövranın unutmuş,
Ol rubları gül, ləbləri mərcanım unutmuş.
Əğyar ilə yar olmuş o mehparə eşitdim,
Bu bəndei-məftunu cananım unutmuş.
Ya noldu bizə eylədi əhdü-amanlar,
Cümləsini ol dilbəri-fəttanım unutmuş.
Məclisdə sorar rəmz ilə ahbaba bu kimdir?
Zuhrə qulunu ya nə əcəb canım unutmuş. (Zuhrə)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTəsəvvüfdə yoxsulluğu, səfilliyi, şəriət qanunlarına münasibətdə biganəliyi təbliğ edən təriqət.
Təriqətin banisi monqol yürüşləri zamanı Səvadan Dəməşqə gəlmiş Cəmaləddin Məhəmməd Yunus əs-Səvaci olub. Bu təriqətin nümayəndələri dinin vacib buyurduğu ibadətlərdən yayınmış və heç vaxt işləməmişlər. Təriqət mənsubları yalnız öz xanəgahlarında yaşayar, səfil ömür sürərmişlər. Müsəlman dünyasının bir çox yerlərində yayılmış bu təriqət zahidliyə meyil edən başqa təriqətlərin dini-fəlsəfi düşüncələrinə təsir göstərib.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBədii nitqin gözəlliyini pozan, çətin anlaşılan sözlər.
“Qərib” sözünün cəm şəklidir. Belə sözləri, əsasən, bədii forma və məna baxımından yenilik edə bilməyən şairlər istifadə edirlər. Türk şairi Nabi bu barədə yazıb:
Ey şer miyanında satan ləfzi-qəribi,
Divani-qəzəl nüsxeyi-qamus deyildir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik Şərq, eləcə də Azərbaycan poeziyasında təntənə və tərif ruhlu lirik şeir.
Q. əruz vəznində yazılır. Qafiyə quruluşu baxımından qəzəllə eynidir. Ancaq həcm baxımından qəzəldən böyük olur; Q.-də ən azı 15 beyt olur, bəzən isə onların sayı 100-ü keçir. Q. ictimai mövzuda olur, burada müəyyən bir hadisə, əhvalat, qəhrəman, şəxsiyyət yüksək təntənəli ruhda vəsf olunur. Ona görə də Q. saray ədəbiyyatının bir qolu kimi qəbul edilir; məsələn:
Girdin оl iqlimə kim, bəhr ilə bərrində оnun
Yоx sənə bir munisü qəmxar qeyri-Zülcəlal.
Qılmadın əmvaci-dəryayi-ədavətdən həzər,
Çəkmədin əhvali-asari-həvadisdən məlal.
Kəsdin əvvəl fitnə başın intizami-mülk içün,
İbtidayi-kari-xeyr etdin, mübarək оldu fal.
Fəth qıldın оl yeri kim, dövri-Adəmdən bəri
Qılmamışdı sahibindən qeyrə hərgiz intiqal.
Aldın оl iqlimi kim, aləmdə yüz min padişah
Həsrətiylə verdi can, fəthin bilüb əmri-məhal.
Açdın оl mülki ki, yüz min səltənət lafın uran
Оldu əcz ilə оnun dəvayi-təsxirində lal. (M.Füzuli)
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDin yolunda savaşlardan, hərbi yürüşlərdən bəhs edən əsər, kitab.
Osmanlı imperiyası dövrünə aid ədəbiyyatın bir qoludur. Belə kitablarda nəzm və nəsrlə yazılmış hissələr olur. Müəyyən bir döyüşü təsvir edən hissə “qəzanamə” adlanır. Q. isə hərbi yürüş, müharibə zamanı baş vermiş əsas döyüşlərin hamısını əhatə edir. Fəthnamələr və zəfərnamələr də məzmunca Q.-lərə oxşayır. Osmanlı dövrünə aid 250-dən artıq Q. aşkar edilib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMəhəmməd peyğəmbərin dilindən deyilmiş, islam dininə xas qaydaları, adətləri ifadə edən hədislər.
Səhabələr Məhəmməd peyğəmbərin dilindən deyilən ifadələri təbliğ edərək nəsildən nəslə ötürüblər. Belə hədislər mühəddislər (hədis danışanlar) tərəfindən daha çox dini məclislərdə danışılıb. Uzun müddət şifahi şəkildə yayılan Q.H. XIII əsrdə kitab halına salınıb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti