Klassik Şərq, eləcə də Azərbaycan poeziyasında təntənə və tərif ruhlu lirik şeir.
Q. əruz vəznində yazılır. Qafiyə quruluşu baxımından qəzəllə eynidir. Ancaq həcm baxımından qəzəldən böyük olur; Q.-də ən azı 15 beyt olur, bəzən isə onların sayı 100-ü keçir. Q. ictimai mövzuda olur, burada müəyyən bir hadisə, əhvalat, qəhrəman, şəxsiyyət yüksək təntənəli ruhda vəsf olunur. Ona görə də Q. saray ədəbiyyatının bir qolu kimi qəbul edilir; məsələn:
Girdin оl iqlimə kim, bəhr ilə bərrində оnun
Yоx sənə bir munisü qəmxar qeyri-Zülcəlal.
Qılmadın əmvaci-dəryayi-ədavətdən həzər,
Çəkmədin əhvali-asari-həvadisdən məlal.
Kəsdin əvvəl fitnə başın intizami-mülk içün,
İbtidayi-kari-xeyr etdin, mübarək оldu fal.
Fəth qıldın оl yeri kim, dövri-Adəmdən bəri
Qılmamışdı sahibindən qeyrə hərgiz intiqal.
Aldın оl iqlimi kim, aləmdə yüz min padişah
Həsrətiylə verdi can, fəthin bilüb əmri-məhal.
Açdın оl mülki ki, yüz min səltənət lafın uran
Оldu əcz ilə оnun dəvayi-təsxirində lal. (M.Füzuli)
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti