İki növü var. Birinci növ dördbölümlü bütöv kamildir; mütəfA`ilün mütəfA`ilün mütəfA`ilün mütəfA`ilün təfiləsindədir. Nümunə:
Yetər, ey fələk, bu cəfa,
Yetir məni-zarə sərvi-rəvanimi. (M.Füzuli)
İkinci növ ikibölümlü bütöv kamildir; mütəfA`ilün, mütəfA`ilün təfiləsindədir. Məsələn: Məni axiri bu qəm öldürür (M.Ləli).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiital. caricatura < caricare – şişirtmək
İctimai-siyasi və ya məişət mövzusunda çəkilmiş satirik və ya yumoristik rəsm.
İllüstrasiyanın bir növü olaraq karikaturadan daha çox satirik jurnallarda və ya komik məzmunlu kitablarda istifadə edilir. Burada təsvir olunan şəxs(lər)in çatışmazlıqları qabarıq göstərilir. Azərbaycanda müstəqil janr kimi XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalının ideya-bədii təsiri nəticəsində yaranıb. Ən görkəmli karikatura ustası Əzim Əzimzadə olub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXIX əsrin sonlarına qədər başqasının sifarişi ilə mətn tərtib edən və ya əsərlərin üzünü köçürən şəxs.
Katiblər daha çox saraylarda fəaliyyət göstərir, hökmdarların tapşırığı ilə başqa dövlətlərlə yazışmalara nəzarət edir, əmr və qanunların mətnini tərtib edirdilər. Onlar həmçinin saray kitabxanasına rəhbərlik edir, bəzən xəttatlıq funksiyasını da yerinə yetirirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin mühafizə olunmasında və yayılmasında katiblərin böyük xidməti olub.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİş və hərəkətin danışıq vaxtından əvvəl icra olunduğunu (və ya olunmadığını) bildirən zaman forması.
Keçmiş zaman iki cür olur: şühudi keçmiş zaman və nəqli keçmiş zaman. Şühudi keçmiş zaman hərəkətin keçmişdə icra olunub-olunmadığını qətiyyətlə bildirir və -dı4 şəkilçisi ilə düzəlir; məs.: al-dı-m, al-dı-nız və s. Şühudi keçmiş zaman III şəxsin təkində şəxs şəkilçisi qəbul etmir: al-dı. Nəqli keçmiş zaman keçmişdə icra edilmiş və ya edilməmiş hərəkət barədə nəql yolu ilə məlumat verir və -mış4 şəkilçisi ilə yaranır; məs.: al-mış-am, al-mış-san, al-mış-dır və s. Nəqli keçmiş zaman ikinci və üçüncü şəxsdə -ıb4 şəkilçisi ilə də düzələ bilir; məs.: al-ıb-san, al-ıb-dır və s.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTabeli mürəkkəb cümlənin baş cümləsindəki hərəkətin və ya əlamətin miqdarını bildirən zərflik budaq cümləsi.
Kəmiyyət budaq cümləsinin baş cümləyə bağlanmasında nə qədər, nə qədər ki, hər nə qədər və bu kimi bağlayıcı sözlər iştirak edir. Bu zaman baş cümlədə o qədər, bir o qədər (də), o qədər də, bir elə və s. əvəzlik-qəliblərdən biri qarşılıq söz kimi iştirak edir; məs.: Ön cəbhə nə qədər möhkəm olsa, insanlar bir o qədər arxayın olar. Kəmiyyət budaq cümləsi bəzi hallarda hərəkətin deyil, əlamətin kəmiyyətini bildirir; məs.: Əli nə qədər soyuq adamdırsa, qardaşı bir o qədər istiqanlıdır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİşin, hərəkətin, halın miqdarını, hansı kəmiyyətdə, hansı dərəcədə icra olunduğunu bildirən və nə qədər? bəzən də nə dərəcədə? sualına cavab verən zərflik.
Kəmiyyət zərfliyi miqdar zərfləri, isimlər və müxtəlif tərkiblərlə ifadə olunur; məs.: Uşaqlar xeyli yorulmuşdu. Əli baş vermiş hadisəni çılpaqlığına qədər xatırlatdı.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. – tənə etmək, toxunmaq
Kontekstə görə əks mənada başa düşülən tərif; istehza, ironiya.
Burada ifadənin ilkin mənası ilə kontekstdə təzahür edən alt mənası arasında ziddiyyət yaradılır. Müəllif tənqid etmək istədiyi obyekti birbaşa ifşa etmək əvəzinə onun haqqında yalandan tərif söyləməklə həmin obyektə qarşı daha təsirli antipatiya yaratmağa çalışır:
Doğrudan da, Məmdəli, qeyrət halal olsun sənə,
Verdiyin məşruteyi-millət halal olsun sənə. (M.Ə.Sabir)
Nümunədə şair fikirlərini həqiqi mənada deməyib. 1905-ci ildə İran şahı Məhəmmədəlinin riyakarlığı, xalqa azadlıq vəd etsə də, hiyləgərlik etməsi kinayəli şəkildə ifadə olunub.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDaş üzərində oyma üsulu ilə yazılmış mətn.
Kitabələrin əksəriyyəti qədim dövrə aid olan qəbirdaşlarıdır. Onların bir çoxunda vəfat etmiş şəxsin təvəllüd və ölüm tarixi, atasının, babasının adı, həmçinin doğulduğu yer, sənəti də göstərilir ki, belə kitabələr tarixi mənbələr sırasına daxildir. Kitabələri öyrənən elm sahəsi epiqrafika adlanır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. classicus – nümunəvi, seçmə
Ədəbiyyatda və ya incəsənətdə dərin iz qoymuş, əsərləri sonrakı nəsillər üçün nümunəvi sayılan yaradıcı şəxs.
Klassiklərin əsərləri uzun müddət örnək olaraq qalır və tədris olunur. Bu əsərlər bədii-estetik və məzmun cəhətdən öz aktuallığını və əhəmiyyətini itirmir. “Canlı klassik” dedikdə sağ ikən böyük şöhrət qazanmış, öz sahəsində yeni bir istiqamətin, cərəyanın əsasını qoymuş ədiblər və incəsənət ustaları nəzərdə tutulur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiÖzündən sonrakı dövrlər üçün örnək sayılan ədəbi əsərlər toplusu.
Yazılı ədəbiyyatla bağlı işlənilən və antik dövrün son yüzillərində formalaşmış termindir. Dünya ədəbiyyatı tarixində klassik ədəbiyyatın ilk nümunələri Homerin “İliada” və “Odisseya” əsərləri sayılır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. komikos – şən, gülməli > komos – Qədim Yunanıstanda şərab ilahı Dionisin şərəfinə keçirilən şənlik
Bədii əsərdə obrazın davranışının, danışığının və ya hər hansı situasiyanın yaratdığı gülüş; bədii gülüş.
Komizmin əsasında müəyyən bir təzad və ya ifratçılıq durur (məs.: obrazın iddia etdiyi idealla onun bacarığı arasındakı ziddiyyət). Qədim yunan filosofları gülüşü eybəcərliklə əlaqələndirirdilər. Onların fikrincə, ciddi günah və cinayətlər gülüş obyekti ola bilməz; “gülüşə yalnız yazıqlar və bədbəxtlər layiqdirlər” (Siseron). Beləliklə, antik dövrdə komizm sənətin aşağı, primitiv səviyyəsinə aid edilirdi. Lakin sonrakı dövrlərin ədəbiyyatı göstərdi ki, komizmin sərhədləri çox genişdir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSintaktik vahidin (söz birləşməsi və ya cümlənin) tərkib hissələrindən biri.
“Komponent” sözü daha çox mürəkkəb cümləni təşkil edən sadə cümlələr haqqında danışılarkən işlədilir. Söz birləşməsinin tərkib hissələri nəzərdə tutularkən, adətən, “tərəf” sözündən istifadə edilir; məs.: Arzum budur ki, işləriniz uğurlu olsun (iki komponentdən ibarət mürəkkəb cümlə); maraqlı yazı, alagöz, itburnu, qızıl saat (iki komponentdən ibarət söz birləşməsi) və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti