yun. epanalepsis – təkrar, yenidən işlətmə
Üslubi fiqur: cümlənin, misranın, bəndin əvvəlində işlənən söz və ya ifadənin onun sonunda təkrar olunması.
Azərbaycan ədəbiyyatında nadir rast gəlinən fiqurdur:
Bilmişiz kim, mülki-aləm kimsəyə qılmaz vəfa,
Ol zamandan kim, onu mülki-Süleyman bilmişiz. (M.Füzuli)
Bəzi mənbələrdə bu termin anadiplosislə eyniləşdirilir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. epatage – badalaq > epater – təəccübləndirmək, şoka salmaq
Modernist ədəbiyyat və incəsənətdə qeyri-estetik, bədiilikdən uzaq, qalmaqal yaradan təzahürlər.
E. əsərin dil və üslubunda (arqodan, vulqarizmdən istifadə), təsvir olunan epizodlarda (pornoqrafiya, dəhşət doğuran səhnələr), müəllif yanaşmasında (qəddarlığa haqq qazandırmaq, dəyərlərə məhəl qoymamaq) özünü göstərə bilər. Xüsusilə nihilizmi təbliğ edən futurizm və dadaizm kimi cərəyanların tərəfdarları öz əsərlərində E.-a meyil edirdilər.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. epiphora – əlavə
Üslubi fiqur: şeirdə misraların, nəsrdə isə cümlələrin sonunda eyni söz və ifadələrin təkrarı.
E. müxtəlif xarakterdə olur:
1) sadə cümlələrdən ibarət ardıcıl misra və ya cümlələr еyni leksik və ya sintaktik vahidlə bitir:
Bu gün bircə dərdimiz var – Vətən dərdi…
Hamımızı оda yaxar – Vətən dərdi... (C.Nоvruz)
2) mürəkkəb cümlələrin tərəflərini təşkil еdən sadə cümlələr еyni sintaktik vahidlə bitir; məsələn: Bu gözətçi siqarеt çəkən idi, amma ömründə cibində siqarеt оlmazdı, hər dəfə S.Qayıblı ilə salamlaşandan sоnra bir siqarеt istəyərdi, ayrılanda da xudahafizləşib bir siqarеt istəyərdi – adətkərdə idi (Еlçin).
Bədii təkririn növləri kimi E. və rədif yaxın anlayışlardır, lakin onların arasında fərqli cəhətlər vardır:
1) klassik türk, ərəb və fars pоеziyası üçün səciyyəvi olan rədif qafiyədən sоnra təkrarlanır, E. isə nəzmdən başqa, həm də nəsr əsərlərində müşahidə оlunur;
2) rədif bütün bеyt və ya bəndlərin sоnunda mütləq işlənir və həmin rədif, əsasən, şеirin adı оlur, Е.-dan istifadədə isə şair, bir növ, sərbəstdir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. epigonoi – sonradan doğulan
Bədii ədəbiyyatda üslub, ədəbi norma və ya cərəyana qeyri-yaradıcı yanaşma, kor-koranə təkrar; təqlidçilik.
Orijinal fikir və məqsədlərdən məhrum olan istedadsız yazıçılara xas bir hadisədir. Әdəbiyyat tarixində böyük söz ustalarının sənəti bu və ya başqa dərəcədə E.-a məruz qalıb. XVI əsrdən sonra bir sıra şairlər Füzulini təqlid edərək sönük, məzmunsuz qəzəllər yazıblar. Onlar Füzulinin işləmiş olduğu mövzuları, yaratdığı surətləri, istifadə etdiyi qafiyə və ifadələri bayağılaşdırılmış bir şəkildə təkrar ediblər.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. epigraphe – yazı
Əsərin və ya onun hissələrinin əvvəlində başlıqdan sonra yazılan, adətən, aforistik xarakter daşıyan cümlə(lər).
E. müəllifin özünə və ya digər söz ustalarına aid ola bilər. E. ifadə etdiyi məna baxımından oxucunun diqqətini əvvəlcədən əsərin ümumi məzmun və ideyasına yönəldir. Mir Cəlalın “Bir gəncin manifesti” romanında ayrı-ayrı hissələrdə müxtəlif sənətkarlardan E.-lar verilib; məs.: “Təhqir” adlı I hissədə: Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir (L.Tolstoy). E. ithaf şəklində də ola bilər. Məsələn, Mirzə Cəlilin “Qurbanəli bəy” hekayəsi “Qoqol, Allah sənə rəhmət eləsin” epiqrafı ilə başlayır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. epigraphe – yazı
Bərk materiallar (daş, metal, gil və s.) üzərində həkk olunmuş qədim yazıları tədqiq edən elm sahəsi.
Tarix və filologiya elmlərinin tərkib hissəsi sayılan E. XVIII əsrin sonu – XIX əsrin əvvəllərində formalaşıb. Rozet daşı vasitəsilə Qədim Misir heroqliflərinin sirrinin Şampolyon tərəfindən açılması bu sahənin inkişafına güclü təkan vermişdir. Babil mixi yazılarının, Mikena və Orxon-Yenisey yazılarının oxunması E.-nın ən böyük uğurlarıdır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. epigramma – yazı
1. Hər hansı şəxsi və ya ictimai-siyasi hadisəni gülüş hədəfinə çevirən yığcam, yaddaqalan satirik şeir, həcv.
Şərq ədəbiyyatındakı taziyanə janrına oxşayır. Dünya ədəbiyyatında klassik E. müəllifi kimi Roma satirik şairi Martialis göstərilir. Hötenin “Venesiya epiqramları”, R.Börns, Russo və Puşkinin E.-ları da bu janrın ən gözəl nümunələri sayılır.
2. Qədim yunanlarda abidələr, binalar, hədiyyələr və s. üzərində həkk olunan xatirə yazısı; epitafiya.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBir cümlədə iddia olaraq fikrin həm doğru, həm də yalan olduğunu ifadə edən mәntiqi paradokslardan biri.
E.P.-nun mahiyyəti təxminən bir cümlədən ibarətdir; məs.: "Kritli Epimenid deyir ki, bütün kritlilər yalançıdır"... Paradoksun açılışı çox sadədir. Əgər kritlilər yalançıdırsa, deməli, Epimenid özü də kritli olduğu üçün onun sözü də yalandır. Deməli, bu paradoks həm də kritlilərin yalan danışmadığını ifadə edir. Eyni məntiqlə yanaşdıqda M.Füzulinin aşağıdakı beytində E.P. var:
Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,
Aldanma ki, şair sözü, əlbəttə, yalandır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiÜslubi fiqur: eyni nitq vahidinin müxtəlif qrammatik variasiyalarla təkrarlanması.
Leksik təkririn bir çox növlərindən fərqli olaraq burada təkrarlanan nitq vahidi müxtəlif qrammatik formalarda işlənir. Şərq ədəbiyyatında müşakilə də adlanır.
Xəyyam da məndədir, Hafiz də məndə,
Vaqif sevgisiyəm, Sabir səsiyəm.
Bütün tanrıları yığ, kənara qoy,
Bütün tanrıların birləşməsiyəm. (X.R.Ulutürk)
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiÜslubi fiqur: nəsrdə cümlənin, nəzmdə isə misra və ya bəndin eyni nitq vahidi ilə başlanması və bitməsi.
Bu zaman təkrar olunan nitq vahidi məntiqi vurğu tələb edir; məs.: Hər şeyi dəyişmək istəyirdi, hər şeyi (Elçin).
Əsl insan axtarıram, əsl insan,
Fərq qoymuram millətinə, lisanına... (C.Novruz)
Bəlkə də, özüsən göz qabağında.
Dünyada heç kəsə əyilməz başım
Əyilir, dincəlir gül ayağında.
Bəlkə də, özüsən göz qabağında... (X.R.Ulutürk)
Şeirin eyni bəndlə başlanması və bitməsi də E. adlanır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. epitaphios – qəbirüstü
Adətən, mənzum şəkildə olan qəbirüstü yazı, başdaşı yazısı.
E. antik dövrdə yaranıb. Onun səciyyəvi xüsusiyyətləri kiçik həcm, mərhuma müraciət və ya mərhumun yoldan ötənə müraciətidir. Avropa ədəbiyyatında E.-lar müstəqil janr kimi də şairlərin yaradıcılığında yer alıb. Hətta ciddi E.-larla bərabər, parodiya, epiqram səciyyəli E.-lar da yaranıb. Belə əsərlərdə şair zarafatyana özünü, yaxud dostunu ölmüş qələmə verib dirilərə müraciət edir, eyhamlı, yumorlu sözlər söyləyir. Azərbaycan ədəbiyyatında E.-nın qəbirdaşına yazılan növü – kitabə daha çox yayılıb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti