Müəyyən vəznə malik ahəngdar poetik əsər; nəzm, poeziya.
Şeir dedikdə, ilk növbədə, lirik və ya epik növə aid kiçikhəcmli nəzm əsəri nəzərdə tutulur. Bununla yanaşı, danışıq dilində, bəzən də elmi ədəbiyyatda “şeir” sözü daha ümumi anlayış kəsb edərək, ümumiyyətlə, nəzm, poeziya mənasında işlənir. Şeirdə misraların sayı, qafiyə quruluşu, mövzu və bu kimi xüsusiyyətlər janr müxtəlifliyi yaradır. Ədəbiyyatımızda şeirlər heca və əruz vəznlərində, eləcə də sərbəst formada olur. Yazılı ədəbiyyatda anadilli ilk lirik şeirimizin müəllifi İ.Həsənoğludur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDini-tarixi mәzmunda meydan tamaşası: Kərbəla hadisələrinə həsr olunmuş faciəli tamaşa, mərasim.
Şəbihdə dini şəxsiyyətlərin faciəvi ölüm səhnəsi nümayiş etdirilir. Bu tamaşalar islam dinində şiəlik təriqəti ilə bağlıdır; əsasən, Məhərrəm ayında aşura günü səhnələşdirilir. Peyğəmbərin, on iki imamın və onların övladlarının dini mübarizədə yaşadıqları acınacaqlı həyatı və ölüm səhnələri şəbihlərin əsas mövzusudur. Bu mövzu şəbih tamaşalarının adlarında da özünü göstərir: “Әlinin qәtli”, “İmam Hüseynin qәtli”, “Hәzrәt Abbasın şәhid olması”, “Qasım otağı”, “Kәrbәla müsibәti”, “Müslümün Kufәdә qәtli”, “Müslümün oğlanlarının qәtli” və s.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiCümlədə mübtəda və xəbərin şəxsə görə uzlaşmasını təmin edən şəkilçilər.
Şəxs sonluğu qəbul etmiş söz cümlədə xəbər rolunda iştirak edir. Adların (isimlərin və substantivləşmiş nitq hissələrinin) şəxsə görə dəyişərək qəbul etdiyi şəxs şəkilçiləri xəbərlik şəkilçiləri də adlanır. Bu şəkilçilər aşağıdakılardır:
I şəxs: -am2 (-yam2): övlad-am; -ıq, ik, uq, ük: övlad-ıq, şair-ik.
II şəxs: -san2: övlad-san; -sınız4: övlad-sınız.
III şəxs: -dır4: övlad-dır; -dır4+-lar2: övlad-dırlar.
Feilin təsriflənməyən formalarından feili sifət və məsdər də şəxs şəkilçiləri qəbul edir. Feili sifətin xəbərlik şəkilçiləri adlara qoşulan şəxs sonluqları ilə eynidir. Məsdər isə yalnız III şəxs sonluğunu (-dır4) qəbul edir; məs.: Məqsədim ali məktəbə daxil olmaqdır. Feili bağlama isə şəxs sonluğu qəbul etmir. Feilin əmr şəklinə qoşulan şəxs sonluqları feilin digər şəkillərindən fərqlənir:
I şəxsin təkində: -ım4 (gəlim, deyim), cəmində: -aq2 (gələk, deyək).
II şəxsin təkində: (-) (sən gəl, de), cəmində: -ın4 (gəlin, deyin);
III şəxsin təkində: -sın4 (gəlsin, desin), cəmində: -sın4+-lar2 (gəlsinlər, desinlər).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTabe sözün tabeedici sözə xəbərlik və mənsubiyyət kateqoriyalarının şəkilçiləri vasitəsilə uyğunlaşması.
II və III növ ismi birləşmələr arasında şəxsə görə uzlaşma mənsubiyyət şəkilçiləri, mübtəda və xəbər arasında isə şəxs şəkilçiləri vasitəsilə mümkün olur. Birinci, ikinci və üçüncü şəxslərdən ibarət həmcins mübtədalar işlədildikdə xəbər birinci şəxsin cəmində olur: Mən, sən və Tuncay birlikdə getməliyik. Həmcins mübtəda ikinci və üçüncü şəxsdən ibarət olduqda xəbər ikinci şəxsin cəm şəkilçisini qəbul edir: Dostun da, sən də daha yaxşı çalışmalısınız.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTərkibində mübtəda iştirak etməyən və təsəvvür də olunmayan sadə cümlə.
Şəxssiz cümlələrin xəbəri həmişə III şəxsin təkində olur. Şəxssiz cümlələr ismi və ya feili xəbər əsasında formalaşır. İsmi xəbərli şəxssiz cümlələrin xəbəri isimlərlə, bəzi zərflər və ismi birləşmələrlə ifadə olunur: Qarlı, şaxtalı bir səhər idi. Deyəsən, gecədir. Onun əsgərliyə gedən vaxtıdır. Feili xəbərli şəxssiz cümlənin xəbəri frazeoloji birləşmələr və ya feilin şəxssiz forması ilə ifadə olunur: Bizim meşələrimizdə filə rast gəlinmir. Səhər məsələyə baxılacaq. Ananın ondan acığı gəlirdi. Bəhruzun getməyinə icazə verildi. Şəxssiz cümlələr geniş və müxtəsər olur: müxtəsər – Axşam idi. Mənim yuxum gəlirdi; geniş – Dünən gec idi. Bu kitablardan indi daha məktəbdə istifadə olunmur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti-ıl4, -ın4 şəkilçilərinin köməyi ilə düzələn, ifadə etdiyi hərəkətin subyekti təsəvvür edilməyən feil.
Şəxssiz feil həmişə III şəxsin təkində olur; məs.: Keçilmiş yola nəzər salındı. Bizdə qonağa hörmətsizlik edilməz. Feilin şəxssiz forması dilimizdə daha çox rəsmi-işgüzar üslubda işlənir. Ümumilikdə dilimizdə şəxssiz feillərin sayı o qədər də çox deyil. Daha çox işlətdiyimiz şəxssiz feillər bunlardır: yanaşılmaq, diqqət yetirilmək, təsadüf edilmək (olunmaq), rast gəlinmək, toxunulmaq, məhəl qoyulmaq, imkan verilmək, hörmət edilmək, əhəmiyyət verilmək, nəzər salınmaq, kömək edilmək, söz verilmək, inanılmaq, qulaq asılmaq, istifadə edilmək (olunmaq), xidmət edilmək (göstərilmək), icazə verilmək və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDram əsərində pərdənin ayrıca dekorasiya tələb edən bir hissəsi; epizod, səhnə, vaqiə.
Dramatik əsərlərin səhnələşdirilməsi zamanı hadisələrin baş verdiyi müxtəlif məkanları göstərmək üçün tərtib edilir. Hər bir pərdənin daxilində bir neçə şəkil ola bilər. Məsələn, S.Vurğunun “Vaqif” pyesində 5 pərdə, 11 şəkil vardır. Səhnə dəyişikliyinin az vaxt aparması üçün şəkillər özüdönən və ya hərəkət edən mexanizmlər üzərində qurulur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözün ayrılıqda işlənməyən, müstəqil mənaya malik olmayan və söz köklərinə bitişdikdə onların ya şəklini, ya da şəkli ilə birlikdə məzmununu dəyişən hissəsi.
Şəkilçilər funksiyasına görə sözdüzəldici (leksik) və sözdəyişdirici (qrammatik) olur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTabeli mürəkkəb cümlədə budaq cümləni baş cümləyə bağlamağa xidmət edən bağlayıcılar: əgər, hərgah, madam, madam ki, indi ki, bir halda ki və s.
Nümunə: İndi ki bir yerdə çalışırsınız, gərək bir-birinizi başa düşəsiniz. Bir halda ki bu yazı səni qane etmir, yenidən yazaram.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBaş cümlənin məzmunundakı hal-hərəkətin və ya hökmün asılı olduğu şərti bildirən budaq cümlə.
Şərt budaq cümləsinin əsas qrammatik göstəricisi -sa2 şəkilçisidir. Bundan başqa, budaq cümlə baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları ilə də bağlana bilər. Əlaqə vasitələrinin hər ikisi və ya yalnız -sa2 şəkilçisi işlənə bilər. Bu halda baş cümlə budaq cümlədən sonra gəlir; məs.: Əgər bu mərhələdə də birinci yerə çıxsa, çempionatın qalibi olacaq. Bəzi şərt budaq cümlələri də var ki, baş cümlə budaq cümlədən əvvəl gəlir. Bu zaman əlaqə vasitəsi ki tabelilik bağlayıcısı olur. Belə cümlələrdə bu şərtlə, o şərtlə, bir şərtlə qəlib sözlərdən istifadə olunur; məs.: Bir şərtlə maşınları buraxaram ki, vaxtında burada olsunlar. Şərt budaq cümləsi yalnız intonasiya vasitəsilə də yarana bilər; məs.: Oxu deyir, oxu da.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti