lat. forum – məclis
1. Mühüm məsələlərin müzakirəsi üçün çoxsaylı dövlət, təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən böyük toplantı, yığıncaq.
Bu anlayışa cəmiyyət həyatının müxtəlif sahələrində (siyasi, iqtisadi, dini, sosial, ekoloji) rast gəlinir. Adətən, F.-lar müəyyən zaman ardıcıllığı ilə keçirilir. Terminin özü isə Qədim Romada xalq yığıncaqlarının təşkil olunduğu mərkəzi bazar meydanının adından götürülüb.
2. Bir çox kütləvi informasiya vasitələrində mühüm problemlərin ictimaiyyət nümayəndələri və rəsmi şəxslərin iştirakı ilə müzakirəsinə həsr edilmiş proqramların adı, materialların yerləşdirildiyi qəzet-jurnal rubrikası; məs.: «İqtisadi forum» verilişi.
3. İstifadəçilərin hər hansı konkret mövzuda qeydlərini yerləşdirə, informasiya və fikir mübadiləsi apara bilməsi üçün yaradılmış sayt, yaxud saytın bölməsi.
Jurnalistika terminləri lüğətiİqtisadi yenilikləri, prosesləri və problemləri işıqlandıran, yaxud araşdıran geniş jurnalistika sahəsi.
İ.J. çox geniş sahəni, ən müxtəlif mövzuları (bank, maliyyə, turizm, nəqliyyat, energetika, kənd təsərrüfatı və s.) əhatə etdiyi və hər mövzuda spesifik biliklər tələb olunduğu üçün burada jurnalistlərin ixtisaslaşma səviyyəsi daha dərin və çoxşaxəlidir. Əksər hallarda İ.J. ilə məşğul olan media işçilərindən əlavə təhsil tələb edilir.
See also:
Jurnalistika terminləri lüğətiDövlət tərəfindən xüsusi mühafizə olunan və mətbuatda açıqlanması qadağan edilən iqtisadi xarakterli məlumatlar.
Bunlara mümkün hərbi əməliyyatlara hazırlıq planları ilə bağlı sənayenin səfərbərlik gücü, hərbi sahədə istifadə edilən strateji xammal və materialların həcmi və ehtiyatları, mülki müdafiə qüvvələri və vasitələri, inzibati idarəetmə obyektlərinin dislokasiyası və təyinatı, əhalinin təhlükəsizliyinin təminolunma dərəcəsi, dövlətin təhlükəsizliyinə xidmət edən nəqliyyat və rabitənin fəaliyyəti, dövlət müdafiə sifarişlərinin həcmi, silah, hərbi texnika və digər hərbi məhsulların buraxılması, onları hazırlayan və ya istehsal edən müəssisələr, mühüm müdafiə və ya iqtisadi əhəmiyyəti olan elmi və texniki nailiyyətlər, layihə işləri və texnologiyalar, strateji növlü faydalı qazıntıların ehtiyatları, istehsalı, idxalı və ixracı, habelə pul əsginaslarının, qiymətli kağızların hazırlanması, saxtalaşdırmadan qorunması, maliyyə fəaliyyətinin digər xüsusi tədbirləri haqqında informasiyalar daxildir. İ.S. dövlət sirrinin tərkib hissəsidir.
Jurnalistika terminləri lüğətilat. illustratio < illustrare – işıqlandırma, aydın şəkildə göstərmə
Mətnin məzmununa aid şəkil, rəsm.
İ.-lar materialın cəlbediciliyini və inandırıcılığı artırır, mətnin qavrayışını asanlaşdırır, ona əlavə izah verir. Lakin bir sıra hallarda İ.-dan manipulyasiya məqsədilə – auditoriyanı aldatmaq və ya çaşdırmaq üçün istifadə olunur; məsələn, etnik münaqişə tərəflərindən birinin qəddarlığından yazarkən sübut kimi tamamilə başqa yerdə və şəraitdə çəkilmiş İ. mətnə daxil edilir. Etik kodekslərdə belə saxtakarlıqlara birmənalı qadağa qoyulur. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarında hətta simvol xarakteri daşıyan İ.-lardan (fotomontaj, qrafika və s.) istifadə zamanı da onların sənədli olmadığını qeyd etmək tələbi irəli sürülür.
Jurnalistika terminləri lüğətiFaktlara birbaşa sübut təqdim edən sənəd, yaxud şəxs, hadisənin bilavasitə şahidi.
Jurnalistikada ən etibarlı informasiya məhz İ.M.-dən alınan məlumat hesab olunur və dərsliklərdə, peşə etikası kodekslərində media işçilərinə mümkün qədər belə qaynaqlarla işləmək tövsiyə edilir. Rəsmi qərar, iclasların stenoqramları, siyasətçinin bəyanatı, prosesin iştirakçısı, hadisə yerindən reportaj hazırlayan jurnalist İ.M. rolunu oynaya bilər.
See also:
Jurnalistika terminləri lüğətiyun. photos – işıq + lat. apparatus – ləvazimat
Real cisimlərin, süjetlərin statik təsvirinin alınması üçün optik cihaz.
F.-da təsvirin keyfiyyətinə təsir edən əsas hissələr bunlardır: kamera, obyektiv, işığahəssas material. İşıq seli tənzimlənən intensivliklə müəyyən vaxt ərzində obyektivdən keçərək qaranlıq kamerada yerləşdirilmiş işığahəssas materialın üzərinə düşür. Lentli F.-larda təsvirin yadda saxlanılması fotolent və ya fotolövhədə baş verir. Sonradan isə təsvir xüsusi üsullarla kağız, yaxud digər maddi daşıyıcı üzərinə köçürülür. Rəqəmsal F.-da işıq siqnalları sensor tərəfindən qəbul edilir və rəqəmsallaşdırılır, təsvir operativ yaddaşa həkk olunur, fayllar formasında saxlanılır. Rəqəmsal F.-lardan faylları birbaşa kompüterə və ya şəbəkəyə ötürmək olur. F. jurnalistikada geniş istifadə olunan ən qədim texniki vasitələrdən biridir. O, 1820-ci illərin əvvəllərində ixtira olunub (ilk F. «Helioqraf» adlanıb).
See also:
Jurnalistika terminləri lüğətiing. image – obraz, təsvir
Hər hansı şəxsin, təşkilatın, məhsulun, xidmət növünün müəyyən əhali qrupu arasında məqsədyönlü fəaliyyət nəticəsində formalaşdırılan obrazı.
İ. KİV-də piar, reklam və təbliğat yolu ilə, insanların psixologiyasına digər üsullarla təsir göstərməklə yaradılır.
See also:
Jurnalistika terminləri lüğətiing. imagemaker < image – obraz, təsvir + make – yaratmaq
İctimai xadimin, siyasətçinin, iş, yaxud sənət adamının populyarlığını artırmaq üçün onun müsbət obrazını formalaşdırmaqla məşğul olan mütəxəssis.
İ. reklam və media texnologiyaları da daxil olmaqla müxtəlif sahələrdə bilikləri, bacarıqları ilə seçilir.
See also:
Jurnalistika terminləri lüğəti