Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

illüstrasiya

lat. illustratio < illustrare – işıq­landırma, aydın şəkildə göstərmə

Mət­nin məzmununa aid şəkil, rəsm.

İ.-lar materialın cəlbediciliyini və inandırıcılığı artırır, mətnin qavrayışını asanlaşdırır, ona əlavə izah verir. Lakin bir sıra hallarda İ.-dan manipulyasiya məqsədilə – audito­riyanı aldatmaq və ya çaşdırmaq üçün istifadə ­olunur; məsələn, etnik münaqişə tərəf­lərindən birinin qəddar­lığından yazar­kən sübut kimi tamamilə başqa yerdə və şə­raitdə çəkilmiş İ. mətnə daxil edilir. Etik kodekslərdə belə saxta­karlıqlara birmənalı qadağa qoyulur. Azər­baycan jurna­list­lə­rinin peşə davranışı qay­da­la­rında hətta simvol xarakteri da­şıyan İ.-lardan (foto­montaj, qrafika və s.) istifadə zamanı da onların sənədli olma­dığını qeyd etmək tələbi irəli sürülür.

Jurnalistika terminləri lüğəti