Mübahisə, mübarizə edən tərəflərin heç birinə mənsub olmamaq, tərəf saxlamamaq.
Baş verən hadisələr, proseslər haqqında həqiqətin auditoriyaya çatdırılması baxımından vacib əhəmiyyət kəsb edən B. jurnalistikada obyektivliyin mühüm göstəricisi, «qərəzsizlik», «tərəfsizlik» terminlərinin sinonimi kimi anlaşılır.
See also:
Jurnalistika terminləri lüğətiing. blackout – qaraltma
1. Media bazarında müəyyən verilişlərin, tədbirlərdən reportajların yayımına məhdudiyyətlər qoyulması, yaxud yayımın qapalı rejimdə – yalnız abunə ilə həyata keçirilməsi.
B-A. çox vaxt lokal yayımçını bazardakı rəqiblərdən qorumaq məqsədi güdür; məs.: mühüm idman yarışının translasiyası hüququ yalnız bir yerli şirkətə verilir.
2. Müəyyən mövzuda xəbərlərə tətbiq olunan senzura.
B-A. media orqanları tərəfindən könüllü həyata keçirilə, yaxud hakimiyyətin qərarı ilə tətbiq edilə bilər. Demokratik cəmiyyətlərdə dövlət orqanları B-A. taktikasına yalnız müharibə şəraitində, insanların həyatına və sağlamlığına ciddi təhlükə yarandıqda müraciət edir; məsələn, 2008-ci ildə kanadalı jurnalist Melissa Funq Əfqanıstanda girov götürüləndə Kanada hökuməti onu sağ qaytarmaq üçün görülən tədbirlərin gizli saxlanılması məqsədilə mövzuya qadağa qoymuşdu.
Jurnalistika terminləri lüğətifr. bloc – məcmu, qrup + fr. notes – qeyd
1. Qopardılan vərəqlərdən ibarət dəftər.
2. Microsoft Windows əməliyyat sisteminin bir hissəsi olan sadə mətn redaktoru.
3. Kompüterdə, telefonda, digər elektron avadanlıqlarda kiçik mətnləri, qeydləri yadda saxlayan, bəzi hallarda həm də istifadəçiyə xatırladan xidmət.
4. Bax: notbuk.
Jurnalistika terminləri lüğətifr. bloc – məcmu, qrup
1. Materialın nisbətən müstəqil, bütövlükdə çıxarıla, əvəzlənə, yeri dəyişdirilə, habelə ayrıca istifadə oluna bilən tərkib hissəsi.
2. Verilişin montaj olunmuş bir hissəsi.
3. Avadanlığın digər hissələrlə birləşdirilmiş, lakin müəyyən funksiyaya malik ayrıca hissəsi.
4. Proqramlaşdırmada: məntiqi ardıcıllıqla qruplaşdırılmış təlimatlar dəsti.
5. İnformatikada: vahid alqoritmlə şifrlənmiş, bitlərlə ölçülən minimal informasiya vahidi.
See also:
Jurnalistika terminləri lüğətiing. weblog < ing. web – tor, şəbəkə + yun. log(os) – söz
Qeydlər, şərhlər, fotolar, linklər və multimedia elementlərinə malik, mütəmadi olaraq yenilənən onlayn-gündəlik, veb-sayt.
B.-lar üçün səhifədə əks xronoloji ardıcıllıqla yerləşdirilmiş qısa mətnlər səciyyəvidir. B. bir adama və ya qrupa aid ola, yaxud korporativ mahiyyət daşıya bilər. B.-un adi gündəlikdən əsas fərqi onun ictimai xarakter kəsb etməsindədir. B.-da hər qeydə şərhlər vermək, onu KİV-də yaymaq, müəlliflə polemika açmaq mümkündür. B. termini «weblog» abreviaturasının daha qısa formasıdır. Oksford lüğəti bu terminin ilk dəfə 1999-cu il mayın 23-də amerikalı dizayn mütəxəssisi Peter Merholz tərəfindən öz saytında işlədildiyini göstərir. ABŞ-ın Merriam-Webster lüğəti isə 2004-cü ildə B. terminini «ilin sözü» elan edib: həmin il bütün dünyada internet-lüğətə ən çox məhz bu anlayışın mənasını bilmək üçün müraciət olunub.
See also:
Jurnalistika terminləri lüğətiing. weblog < ing. web – tor, şəbəkə + yun. log(os) – söz + yun. sphaira – kürə
Şəbəkədəki bütün bloqların cəmi.
B. anlayışı «noosfer» (biosferin təkamülünün insan ağlı və fəaliyyətinin əsas rol oynadığı müasir mərhələsi) kimi terminlərə analoji olaraq yaradılıb. Bəzən bu anlayış çox geniş mənada işlədilir və bütünlükdə sosial şəbəkəyə aid edilir. Dünyada bir-biri ilə əlaqəsi olan, bir-birinə istinad edən, şərh verən on milyonlarla bloq mövcuddur. Onlar bütün dünyanı əhatə edən dinamik «informasiya örtüyü» yaradır. B. ictimai fikrin, qlobal sosial tendensiyaların və memlərin öyrənilməsi, araşdırılması üçün böyük imkanlar açır.
Jurnalistika terminləri lüğətiing. blue – göy + ing. tooth – diş
1. Kompüterlər, mobil telefonlar, digər elektron avadanlıqlar arasında yaxın məsafədən naqilsiz rabitə yaratmaq imkanı verən texnologiya, texniki standart.
Bu texnologiya uzun axtarışlardan sonra 1990-cı illərdə ixtira edilib, onun adı isə X əsrdə Danimarkanın dağınıq tayfalarını birləşdirmiş kral I Haraldın ləqəbindən («Blatand» – ingilis dilində «Bluetooth») götürülüb. 1997-ci ildə texniki standarta B. adını təklif edərkən İntel korporasiyasının mühəndisi Cim Kardaç məhz onun birləşdirici funksiya yerinə yetirdiyini nəzərdə tutub.
2. Kompüterlər, mobil telefonlar, digər elektron avadanlıqlar arasında yaxın məsafədən naqilsiz radio əlaqəsi.
B. ən müxtəlif elektron cihazlar arasında radiosiqnallar vasitəsilə sürətli, keyfiyyətli və ödənişsiz informasiya mübadiləsini təmin edir.
Jurnalistika terminləri lüğətiing. bob – qısa + ing. sleigh – kirşə
1. Hərəkətdə olması maksimum dərəcədə hiss edilən subyektiv kamera ilə çəkiliş texnikası.
2. Müəyyən mövzu ilə əlaqədar dinamik, qisa kadrlar dəsti.
3. Hər hansı verilişin əvvəlində onun məzmununu əks etdirən, ən parlaq kadrlardan ibarət yığcam blok.
See also:
Jurnalistika terminləri lüğətiing. body text – gövdə, əsas mətn
Qəzet, jurnal və kitabın, digər çap məhsulunun, veb-səhifənin məzmununun (kontentinin) əsas hissəsini formalaşdıran mətn.
B. dedikdə bütöv materialın başlığını və giriş hissəsini çıxmaq şərti ilə onun mətni – gövdəsi nəzərdə tutulur.
Jurnalistika terminləri lüğətiYalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma.
Azərbaycan qanunvericiliyi B. atmaq məqsədilə KİV-dən istifadə olunmasına yol vermir. Fiziki və hüquqi şəxslərin mediada yayılmış B. xarakterli məlumatlara cavab vermək, yalan informasiyanın təkzib olunmasını, ona düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud belə faktlarla bağlı məhkəməyə şikayət vermək hüququ var.
Jurnalistika terminləri lüğətiing. browser < browse – gözdən keçirmək
Veb-səhifələrin qlobal şəbəkədə axtarışı və sənədlərin məzmununun nəzərdən keçirilməsi üçün istifadə olunan proqram təminatı.
Müxtəlif B.-lər mövcuddur: Google Chrome, Microsoft İnternet Explorer, Mozilla Firefox, Safari və s. Belə proqram təminatlarına Azərbaycan dilində veb-səyyahlar da deyirlər.
Jurnalistika terminləri lüğətiing. brand – damğa
Bir müəssisənin məhsullarını və xidmətlərini digərlərindən fərqləndirməkdə istehlakçılara kömək edən işarə, simvol, loqotip, sloqan.
B. istehlakçının qavrayışında məhsulun və ya xidmətin keyfiyyətini xarakterizə edir, bunun üçün o, tanınmış və müsbət imicə malik olmalıdır. Əksər ölkələrdə B.-dən istifadə hüququ qanunla qorunur.
Jurnalistika terminləri lüğəti