Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

sloqan

ing. slogan < to slog – güclü vur­ğulamaq

1. Reklam ideyasının qısa, parlaq, yaddaqalan ifadəsi, reklam devizi.

S. – reklam yaradıcılığında xüsusi yer tutur, o yalnız məhsulun satışına deyil, həm də şirkətin imicinə təsir göstərir. Bir çox KİV redaksiyalarının öz S.-ları var; məsələn, «Эхо Москвы» radiokanalının «Radioya qulaq asın, qalan hər şey gö­rüntüdür», «Ekonomist» jurnalının «Mən ­­­­heç vaxt «Ekonomist» oxu­ma­mışam». Me­necer-stajçı. 42 yaş» S.-ları ən uğurlu me­dia devizlərindən saylır. S. ingilis dilində XIX əsrin 80-ci illərində yaranmış termin olsa da, mütəxəssislərin fikrincə, onun mənşəyi qədim qalların işlətdikləri sluagh-ghairm (döyüşə çağırış) ifadəsi ilə bağlıdır.

2. Bax: şüar.

Jurnalistika terminləri lüğəti