Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

rəqəmsal şəbəkə

Abonentlər arasında əlaqə yaradan, şəbəkədə olan bütün ­mə­lumatların rəqəmsal formatda istifa­də­sinə imkan verən kommunikasiya vasi­təsi.

R.Ş. rəqəmsal texnologiya əsasında yara­dılır, məlumatlar şəbəkəyə istifa­də­çinin özü tərəfindən yüklənir, yaxud şə­bəkə vasitəsilə abonentə ötürülür.

Jurnalistika terminləri lüğəti

rəqəmsal texnologiya

İnformasiyanın rəqəmsal siqnallara çevrilərək hazır­lan­ma­sı, yazılması, işlənməsi, emalı, saxlan­ması, ötürülməsi üçün tətbiq edilən me­­tod­ların, istifadə olunan vasitələrin və və­sa­itlərin məcmusu.

R.T.-lar infor­ma­siyanın təh­rif olunmasının qarşısını alır, hazır­lanması ­və idarə edilməsi imkanlarını ­mü­qa­­yisəyə­gəlməz dərəcədə genişləndirir, saxlanmasını asanlaşdırır, zədələnmiş sə­nədlərin yüksək keyfiyyətlə bərpasına im­kan verir və s. R.T.-lar əsasında çalışan elektron avadanlıq, cihaz və qurğulara rəqəmsal texnika deyilir. Buraya kom­pü­terlər, kameralar, fotoaparatlar, skanerlər, printerlər, diktofonlar, rabitə qurğuları, çap dəzgahları və s. daxildir.

See also:

Jurnalistika terminləri lüğəti

rəy sorğusu

Əhalinin və ya müəyyən əhali qrupunun hər hansı məsələ ilə əlaqədar rəyini öyrənmək üçün keçirilən sosioloji tədqiqat.

R.S.-ları müxtəlif əha­tə dairə­sinə (ekspert sorğuları, fokus-qrup­larda sorğular, ictimai rəy sorğuları və s.) malik olur və fərqli üsullarla (telefon sor­ğusu, üzbəüz müsahibə, anketləşdirmə və s.) ke­çirilir. Bu tədqiqatlardan ən genişi ­ictimai R.S.-dur. İctimai R.S. bir tərəfdən ­ictimai rəyin ölçülməsi mexanizmidirsə, digər tə­rəfdən ona güclü təsir vasitəsidir. Bu sa­hədə manipulyasiyalara yol vermə­mək üçün ictimai R.S.-larının nəticələrinin KİV-də yayılmasına qanunvericilikdə və peşə əxlaqı kodekslərində məhdudiyyətlər qo­yu­lur. Kodekslər sorğu nəticələri dərc edi­lərkən jurnalistlərdən onun sifarişçisini, icraçısını, suallarını, keçirilmə tarixini, ye­rini, iştirakçıların sayını və s.-ni göstərməyi tələb edir. Qanunlar seçki və referendumlar zamanı səsverməyə bir gün qalmış ictimai R.S. nəticələrinin yayılmasına qadağa qoyur. Kütləvi informasiya vasitələri özləri də auditoriyalarını öy­rən­mək, ictimai tə­ləbatı müəyyənləşdirmək üçün vaxtaşırı sorğular keçirir.

See also:

Jurnalistika terminləri lüğəti

ritorika

yun. rhetorike – natiqlik məharəti

1. Bəlağətli danışıq, natiqlik sənəti.

2. Nitq mədəniyyətini və bədii nitqin quruluşunu öyrənən elm sahəsi, filoloji fənn.

3. Boş, mənasız fikirlərin süni coşqunluq və gözəl sözlərlə ifadə edilməsi.

Jurnalistika terminləri lüğəti