lat. expertus – təcrübəli
Hər hansı fakt, proses, yaxud hadisə barədə peşəkar rəy bildirən mütəxəssis.
Redaksiyalar E.-ləri təşkil etdikləri tok-şoulara, dəyirmi masalara, debatlara dəvət edir, jurnalistlər fərdi materiallarının daha dəqiq, əsaslı və inandırıcı olması üçün onları E. rəyi ilə zənginləşdirirlər. KİV-in keçirdiyi konkurslarda, habelə jurnalist materialları müsabiqələrində də münsiflər heyəti, adətən, müstəqil E.-lərdən təşkil olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti