Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

lazer yazısı

ing. Light Amplification by Sti­mulated Emission of Radiation – «işığın məcburi şüalanma yolu ilə güclən­diril­mə­si» ifadəsindən yaradılmış abreviatura

1. İnformasiyanın maddi daşıyıcıya lazer şüası vasitəsilə köçürülməsi üsulu.

İda­rəolunan güclü şüa maddi daşı­yı­cının səthindəki nazik təbəqəni müəyyən temperatura qədər qızdıraraq orada lazımi izlər açır. Yazını oxumaq üçünsə nisbətən zəif şüadan istifadə olunur. L.Y. maqnit ­sa­həsinin təsirinə davamlıdır, yüksək key­fiy­yətə və s. üstünlüklərə malikdir. 

2. Lazer şüası vasitəsilə maddi daşıyıcı üzərinə köçü­rülmüş informasiya.

Bu, mətn, audio, vi­deoinformasiya, hətta rəsm əsər­ləri ola bilər.

See also:

Jurnalistika terminləri lüğəti