Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

proqram konsepsiyası

1. Yayımın məq­sədi, əsas kəmiyyət və keyfiyyət göstə­riciləri, habelə bu məlumatı özündə əks etdirən sənəd.

Geniş P.K.-na yayımın ün­vanlandığı auditoriya, onun dili, isti­qamət­ləri, istiqamətlər üzrə başlıca proqramların siyahısı, xarakteristikası, həcmi, bü­tün­lükdə yayım həcminə nisbəti, kanalın yayım cədvəli, reklam siyasəti barədə mə­lumatlar daxildir. Çox zaman P.K. sadəcə «proqram», yaxud «proqram siyasəti» adlandırılır. Qanuna görə, P.K. haqqında müəyyən olun­muş formada qısa arayış yayım lisenziyası almaq üçün dövlət orqanına müraciətə əlavə edilməlidir.

2. Çap kütləvi informasiya va­sitələrinin, internet- nəşrlərin məqsədi, ünvanlandığı auditoriya, əsas kəmiyyət və keyfiyyət gös­təriciləri.

P.K. çap KİV-in və internet- nəşrlərin nizamnaməsində öz ək­sini tapır, lakin eyni zamanda geniş məz­munda ayrıca sənəd şəklində tərtib edilə bilər. Geniş məzmunlu P.K.-na nəşrin strukturu, redaksiyanın və onun əmək­daşlarının öz fəaliyyətlərində rəhbər tut­duqları prin­siplər və s. məlumatlar da daxil olunur.

See also:

Jurnalistika terminləri lüğəti

proksi-server

ing. proxy – səlahiyyət ve­rilmiş + ing. server – xidmətçi

İnternetlə lokal şəbəkə istifadəçiləri arasında vasitəçi server.

P-S. internetə təhlükəsiz girişi ­tə­min edir, kənardan xoşagəlməz müda­xilənin qarşısını alır, zəruri hallarda bəzi resurslara çıxış üçün məhdudiyyətlər qo­yur, trafikdən qənaətlə istifadəyə nəzarət həyata keçirir və s.

Jurnalistika terminləri lüğəti

prospekt

lat. pro – irəli + lat. specere – ba­xış

1. A4 for­matında və daha kiçik ölçüdə reklam xarakterli çap məhsulu.

P.-lər sorğu-məlumat vərəqələrindən, yaxud tək­lif olunan mallar və xidmətlər, onların əldə edilməsi imkanları haqqında qısa informa­siyalardan ibarət şəkilli kataloqlar forma­sında olur.

2. Gələcək elmi əsərin, lüğətin, dərsliyin, qəzetin, jurnalın və s.-nin planı.

Jurnalistika terminləri lüğəti

protojurnalistika

yun. protos – birinci

Jurnalistikanın yaranmasına qədər cəmiy­yətdə mövcud olmuş kommunikasiya for­ması.

Qədim dövrlərdə hökmdarların qərarları, onların əhaliyə çatdırmaq istə­dikləri yeniliklər carçılar vasitəsilə elan edilir, əlyazmalar, daş lövhələr şəklində yayılırdı. P.-nı jurnalistikadan fərqləndirən başlıca atribut bu kommunikasiya forma­sının kütləviliyinin olmamasıdır.

Jurnalistika terminləri lüğəti

protokol

yun. protokollon – manuskriptin ilk vərəqi

1. Hər hansı tədbirdə baş ­ve­rənlərin ardıcıllıqla, xüsusi formada qeydə alındığı sənəd; məs.: iclasın P.-u. 

2. Hər hansı faktı, hadisəni, məlumatı təsdiq edən sənəd; məs.: axtarış P.-u. 

3. Rəsmi tədbir­lərdə, təntənəli məra­simlərdə, xü­susilə diplomatik xidmətdə hamı tərə­findən qə­bul edilmiş və yerinə yetirilməsi müt­ləq olan qaydalar, uzun ta­rixi dövr ərzində dəyişməz adətlər.

Bu qay­daları bilmək həmin tədbirləri işıq­lan­dı­ran jur­nalistlər üçün vacibdir. Rəsmi təd­bir­lər zamanı P.-dan kənar hər bir çıxış, hə­rəkət həmişə ­xüsusi məna daşıyır və ­au­di­­to­riyanın ma­ra­ğına səbəb olur.

4. Bey­nəlxalq müqavilədə əldə olunmuş ra­zı­laş­maların detallarını əks etdirən sənəd, ­hə­min müqaviləyə əlavə. 

5. Müxtəlif kom­püter proqramları arasında veril­ən­lərin müba­diləsini təmin edən, on­ları uz­laş­dı­ran, fərqli avadanlıqların birgə iş qay­da­larını müəyyənləşdirən texniki standartlar toplusu.

Şəbəkədə hər hansı işi görmək üçün istifadəçi çoxlu əməliyyatlar yerinə yetirir. Bu əməliyyatlardan hərəsi bir P.-a uyğun gəlir. P.-lar iki cür olur: baza və tətbiqi. Baza P.-ları (IP, TCP) şəbəkədə kom­püterlər arasında məlumatların fiziki cə­hətdən ötürülməsinə cavabdehdir. Tətbiqi P.-lar isə xüsusi xidmət növlərinin funk­sionallığını təmin edir; məs.: HTTP P.-u hipermətnlərin, FTP P.-u mətnlərin, SMTP, POP3 P.-ları elektron poçtun, UDP P.-u canlı səsin ötürülməsini təmin edir və s.

Jurnalistika terminləri lüğəti

prosessor

lat. processus – irəlilətmə

Hesablayıcı maşınlarda, mexanizmlərdə,  kompüterlərdə ən müxtəlif məntiq və he­sablama əməliyyatlarının yerinə yetiril­mə­sini təmin edən elektron qurğu, inteqral sxem.

Bunun üçün P. maşının yaddaş ­sis­temində saxlanılan proqramlardan is­tifadə edir. P. takt tezliyi (əməliyyatları uzlaşdıran siqnalın tezliyi), məhsuldarlığı (bir sa­niyədə əməliyyatların sayı), enerji tutumu, arxi­tekturası (quruluşu və kom­po­nent­lərinin sayı) ilə xarakterizə olunur. Kompüterin «gücü» P.-un işləmə sürəti ilə müəyyənləşdirilir. 1940-cı illərdə ölçülə­rinə görə böyük yeşiyi xatırladan P.-lar sonrakı dövrdə qum dənəciyi boyda kris­tallara qədər kiçilib və planşetlərin, mobil tele­fonların, müxtəlif elektron mini-ava­dan­lıqların «beynini» təş­kil edir.

Jurnalistika terminləri lüğəti