Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

məlumatın yoxlanması

Alınmış, yaxud əldə edilmiş informasiyanın bir neçə mənbədən dəqiqləşdirilməsi və təsdiqlənməsi prosesi.

See also:

Jurnalistika terminləri lüğəti

məlumatın yayılmasına yol verilməyən xüsusi hallar

Kütləvi informasiya va­sitəsi redaksiyası və ya jurnalist tərə­findən şəxsin gizli saxlanmaq şərti ilə ver­diyi məlumatın açıqlanması; təhqi­qat­çının, müs­təntiqin, prokurorun və ya məh­kə­mənin icazəsi olmadan ibtidai istintaq və təhqiqat məlumatlarının açıqlan­ması; cinayət et­məkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nüma­yən­də­lərinin razılığı olmadan onların şəx­siyyəti barədə məlumatın açıqlanması.

Jurnalistika terminləri lüğəti

məlumatlandırıcı proqramlar

Daimi adı olan, audio, audiovizual xəbər və ma­te­rialların  məcmusu kimi müxtəlif məlumatları auditoriyaya çatdıran verilişlər.

Jurnalistika terminləri lüğəti

mənbə

ər. – qaynaq, bulaq

Hər hansı məlumatın götürüldüyü yer, onu yayan, yaxud verən şəxs.

Peşə standartlarına görə, jurnalistlər informasiyanı yayarkən qanunvericilikdə və etika kodekslərində nəzərdə tutulmuş xüsusi hallar istisna ­ol­maqla onun M-ni göstərməlidirlər.

See also:

Jurnalistika terminləri lüğəti

mənbənin açıqlanması

Hər hansı məlumatın götürüldüyü yerin, onu yayan, ­ya­xud verən şəxsin adının bildirilməsi.

Jurnalist istintaqda, yaxud məhkəmə icraatında olan işlə əlaqədar qanunla müəyyən edilmiş hallardan başqa, M.A.-na məcbur edilə bilməz. Bu yalnız məh­kəmənin qərarı ilə üç halda mümkündür:

1. İnsan həyatının müdafiəsi üçün.

2. Ağır cinayətin qarşısını almaq məqsədilə. 

3. Ağır cinayət törət­məkdə ittiham olunan, yaxud təqsirli bi­linən şəxsin müdafiəsi üçün.

See also:

Jurnalistika terminləri lüğəti

mənbənin gizli saxlanması

Adının bildirilməməsi şərti ilə məlumat vermiş şəxsin kimliyinin kütləvi informasiya va­sitəsi redaksiyası və ya jurnalist tərəfindən yayılan xəbər və materiallarda açıq­lan­ma­ması prinsipi.

Jurnalistikada «informa­siya mənbəyinin konfidensiallığı» ad­la­nan bu prinsip qanunlarda, peşə etikası ko­deks­lərində əksini tapıb.

See also:

Jurnalistika terminləri lüğəti

mənbəyə istinad

1. Məlumatın haradan götürüldüyünün, yaxud kimdən alındığının yayılan xəbər və materialda açıq şəkildə qeyd olunması. 

2. İqtibasların götürüldüyü sənədlərin, əsərlərin və onların müəl­lif­lərinin göstərilməsi.

3. Təşkilat, partiya, birlik və hər hansı digər maraqlı qrupların rəsmi məlumatları yayılarkən onların mü­əlliflərinin qeyd olunması.

M.İ. jurna­listikada həm auditoriyanın etibarını qa­­­­­­­­zan­maq, həm də müəllif hüquqlarını ­qo­rumaq baxımından mühüm şərtdir.

See also:

Jurnalistika terminləri lüğəti

mənəvi zərərin ödənilməsi

Mənəvi zərər çəkmiş şəxsin hüquqlarının və əsas azadlıqlarının müdafiəsi vasitəsi.

M.Z.Ö. zərərin əvəzinin naturada və əsasən, ­pul­la ödənilməsi yolu ilə həyata keçirilir. M.Z.Ö.-ni tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı M.Z.Ö.-ni tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir.

See also:

Jurnalistika terminləri lüğəti

mənəvi zərərin ödənilməsinin son həddi

Mənəvi zərərə görə ödənilən kompensasiyanın maksimum miqdarı.

Bəzi ölkələrdə, məsələn, ABŞ və Böyük Brita­niyada M.Z.Ö.S.H. qanunvericiliklə mü­əy­yənləşdirilir. Azərbaycan qanunve­riciliyində bu hədd göstərilmir, mənəvi zərərə görə ödənişin məbləği işin konkret hallarından asılı olaraq məhkəmə tərə­findən müəyyən edilir. Bu zaman mənəvi zərərə səbəb olmuş hərəkətin və ya hərə­kətsizliyin ­təh­lükəlilik dərəcəsi, nəticədə zərərçə­kə­nin keçirdiyi iztirab və sar­sın­tıların xarakteri, ağırlığı, zərər­vuran şəxsin təqsiri (qəsd, yaxud ehtiyatsızlıq) və əmlak və­ziyyəti, fərdi xüsusiyyətləri, habelə işin digər halları nəzərə alınır. Lakin həmin məbləğ ağlabatan və ədalətli olmalıdır.

See also:

Jurnalistika terminləri lüğəti

mənzərə

1. Təbiət təsvirləri, o cümlədən təbiəti əks etdirən fotoşəkil. 

2. Məqalənin, ve­rilişin oxucuda (tamaşaçıda, dinləyicidə) yaratdığı təəssürat, yaxud göz önündə can­landırdığı səhnə; məs.: tədqiq olunan döv­rün ümumi mənzərəsini yaratmaq.

See also:

Jurnalistika terminləri lüğəti