Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

imploziya

ing. in – daxilə + lat. plaudere – əl çalmaq

1. Daxilə yönəlmiş partla­yış.

İ. termini həm texnika, geologiya, astronomiya, psixologiya elmlərində, həm də mediada (əsas mahiyyətini («daxilə yö­nəlmə») saxlamaqla) fərqli izahlara malik­dir.

2. İnformasiyanın həcminin art­ması, sıxlaşması nəticəsində onun öz mənasını itirməsi prosesi.

Bu prosesə çox zaman «məna İ.-sı» deyilir. İ. – faktik olaraq mə­lumatın fərdi şüur tərəfindən qavranılma qabiliyyətini itirməsi, onun məğzinin de­yil, formasının, kommunikasiya faktorunun özünün önə çıxmasıdır. Dünyada informasiya sıxlığı (partlayışı) elə bir du­manlı mühit yaradır ki, burada detallar, mənalar artıq gözdən itir, kanadalı filosof Marşall Maklüenin məşhur aforizmində ifadə olun­duğu kimi, kommunikasiya vasi­təsi özü məlumat rolunu oynayır.

3. Real dünya ilə xəyali aləm arasında sərhədlərin silinməsi nəticəsində həyatın xüsusi estetik qavrayış forması.

İ. gerçəkliklə virtuallığı (simulyakrları) birləşdirərək klassik stere­otipləri dağıdır. Real həyatda o, çox vaxt insanın fəallığının aşağı düşməsi, tənqidi qavra­yışının zəifləməsi və s. ilə müşayiət olunur. Yaradıcılıqda İ. utopik layihələrdə, paralel dünyalar arasında şəffaflığı təsvir edən əsərlərdə və s.-də özünü göstərir.

Jurnalistika terminləri lüğəti