İnsanın şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində keçirdiyi mənəvi sarsıntı və iztirab.
«Mənəvi sarsıntı» dedikdə insana qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması, «iztirab» dedikdə isə sağlamlığının pozulması nəticəsində hər hansı şəxsin fiziki əzab çəkməsi başa düşülür. M.Z. özünü insanın yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması, habelə həmin hüquqlardan məhrum olması formasında büruzə verə bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti