Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

məxfiləşdirmə kodu

Operatorun, provayderin və abunəçinin müəy­yənləş­diril­məsi üçün tətbiq edilən rəqəmlər və (və ya) işarələr.

See also:

Jurnalistika terminləri lüğəti

məqalə

1. Dövri nəşrlərdə, məcmuələrdə, internetdə dərc olunmuş kiçik elmi və ya publisistik yazı.

2. Jurnalistikanın əsas janrlarından biri.

M.-də hər hansı ictimai əhəmiyyətli problem, proses, hadisə işıq­landırılır və təhlil edilir.

Jurnalistika terminləri lüğəti

məlumat bankı

Məlumatın mərkəz­ləş­dirilmiş şəkildə saxlanması və kollektiv istifadəsini təmin edən avtomatlaşdırılmış informasiya sistemi.

Jurnalistika terminləri lüğəti

məlumat bazası

Müxtəlif sənədlərin, habelə iş və tapşırıqların yerinə yetirilməsi, bu zaman istifadə olunan metodlar, ke­çirilən tədbirlər barədə informasiyanın sistemləşdirilmiş qaydada saxlanması və ötürülməsi üçün yaradılmış məlumat toplusu.

«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunda müəlliflik hüququnun obyekti olan M.B. termininin xüsusi izahı verilir: «materialların seçilməsinə və ya düzümünə görə yaradıcı əməyin məhsulu olan və kompüterin köməyi ilə tapıla və işlənə biləcək şəkildə sistem­ləşdirilmiş məlumatların (məqalələrin, ­he­sablamaların, faktların və başqa ma­terialların) məcmusu».

Jurnalistika terminləri lüğəti

məlumat mənbəyi

1. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar, habelə kütləvi informasiya vasitələrinin materialları, açıq çıxışlar;

2. Kütləvi informasiya vasitəsinə, jurnalistə hər hansı fakt, hadisə, proses barədə bu və ya digər ­üsul­la məlumat verən şəxslər, təşkilatlar.

See also:

Jurnalistika terminləri lüğəti