Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

məxfilik

1. Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaların hüquqi ­re­jimi.

Qanunvericilikdə məxfi informasiyaların üç M. dərəcəsi və buna uyğun olaraq üç məxfilik qrifi müəyyənləşdirilir: «xüsusi əhəmiyyətli», «tam məxfi» və «məx­fi».

2. Əldə olunması məhdudlaşdırılan informasiyaların qo­run­ması üçün həyata keçirilən siyasət.

Misal: «Məlu­mat­la­rı­nızı necə top­ladığımızı, istifadə ­etdiyimizi və qoru­duğumuzu başa düş­məyinizə ­kö­­­­mək üçün «Məxfilik siyasəti üzrə əsas­namə» hazır­lamışıq» («Bakcell» şirkətinin məxfilik üzrə əsasnaməsi). 

 3. Məlumatın yalnız ünvan­lanmış olduğu şəxs və ya təşkilat tərə­findən alınmasını təmin edən rabitə rejimi, əlaqə forması.

Misal: «YUNESKO internet məxfiliyi ilə bağlı qlo­bal hüquqi araşdırmaların apa­rılmasının təşəbbüskarıdır» (Yanis Karklins, YUNESKO baş katibinin müavini).

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti