Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

fotoqalereya

yun. photos – işıq + fr. galerie – hərf. bina

1. Fotoşəkillər silsi­ləsinin nü­mayiş etdirildiyi yer, otaq, bina.

2. Xüsusi yerdə nümayiş etdirilən foto­şəkillər silsilə­si, fotosərgi.

3. İnternetdə bir müəllifin çəkdiyi, yaxud hər hansı ortaq xüsusiyyətə malik fotoşəkillərin yerləş­di­rildiyi veb-sə­hifə, sayt bölməsi.

Jurnalistika terminləri lüğəti

fotoqraf

yun. photos – işıq + yun. grapho – yazıram

Fotoqrafiya ilə məşğul şəxs, peşəsi fotoşəkil çəkmək olan mütəxəssis, o cümlədən jurnalist.

Termin 1849-cu ildə ingilis fiziki Con Herşel tərəfindən yaradılıb və fotoşəkil çəkən şəxsə deyil, şəklin özünə aid edilib. Hazırda da Qərbdə, ingilisdilli ölkələrdə F. deyəndə məhz foto­şəkil nə­zərdə tutulur. Bu peşə ilə məşğul olanlar isə photografer, yəni fotoqrafçı adlandırılır.

See also:

Jurnalistika terminləri lüğəti

fotoqrafik

yun. photos – işıq + yun. grapho – yazıram

1. Fotoqrafiya yolu ilə alınmış, fotoqrafiyaya aid olan. 

2. Gerçəklikdə ol­duğu kimi yadda qalmış, təsvir edilən; məs.: fotoqrafik yaddaş.

Jurnalistika terminləri lüğəti

fotoqrafiya

yun. photos – işıq + yun. grap­ho – yazıram

Real cisimlərin, süjetlərin statik təsvirinin optik cihazlar vasitəsilə alınması üsulu, prosesi.

Bir çox hallarda bu üsulla alınmış fotoşəkilləri də yanlış olaraq F. adlandırırlar. F.-nın bədii, sənədli, aerofotoqrafiya (havadan çəkiliş), mikrofotoqrafiya (çox kiçik obyektlərin mikroskop altında çəkilişi), split-fotoqrafiya (eyni ­zamanda həm sualtı, həm suüstü çəkiliş) ­və s. növləri var. F. üsulu 1820–30-cu il­lərdə fransızlar Jozef Nyeps və Lui Dagerr, ingilis fiziki Uilyam Talbot tərəfindən ixtira edilib.

See also:

Jurnalistika terminləri lüğəti

fotoqrafiya əsəri

yun. photos – işıq + yun. grapho – yazıram

İşıq şüalanmasının və ya başqa şüalanmanın təsvir yaratmağa imkan verən üsulla bərkidilməsi nəticə­sin­də alınmış fotoşəkil.

Bu anlayış «Müəl­lif hüququ və əlaqəli hüquqlar haqqında» ­qanunla müəyyənləşdirilib və həmin sə­nədə görə, audiovizual əsərlərin ayrıca ­gö­tü­­­rül­müş kadrı F.Ə.-nə aid edilə bilməz.

See also:

Jurnalistika terminləri lüğəti

fotomontaj

yun. photos – işıq + fr. montage – quraşdırmaq, yığmaq

1. Ayrı-ayrı fotoşəkillərin hissələrindən bir fotoşəkil yaratma prosesi.

2. Ayrı-ayrı fotoşəkillərin hissələrindən yığılmış təsvir.

Mahiyyət eti­barilə F. bir şəklin müəyyən obyektlərini kəsib digər şəklin üzərinə yapışdırmaqla alınır.

3. Fotojurnalistikanın publisistik janrlarından biri.

Fotojurnalistikanın digər ­janr­larından fərqli olaraq F.-da ideyanın qa­bardılması və lakonikliyə nail olunması  məqsədilə reallığın nisbətən dəyiş­diril­məsinə, təxəyyülə yol verilir. Bununla belə, həyat həqiqətləri gerçək əks etdirilməli, jurnalistlərin peşə etikası qaydaları pozul­mamalıdır. F.-lar, əsasən, iki qrupa bölünür: qəhrəman-patriotik və satirik. F.-lardan həmçinin reklam işində, siyasi karikaturalarda, plakatların hazırlanmasında istifa­də olunur.

See also:

Jurnalistika terminləri lüğəti

fotooçerk

yun. photos – işıq + rus. черкать – cızmaq

1. Eyni mövzunu müx­təlif yönlərdən işıqlandıran, yaxud eyni qəh­rəmanın həyatının müxtəlif anlarını təsvir edən fotoşəkillər silsiləsi, foto­he­kayət.

2. Fotojurnalistikanın publisistik janr­larından biri.

Əksər fotojurnalistika janrlarından fərqli olaraq F. konkret­ləş­dirməyə deyil, ümumiləşdirməyə meyil edir. F.-lərin portretlərə (şəxsə, ailəyə, xal­qa), səyahətlərə (səfərlərdə rast gəlinən­lərə), problemlərə (problemin göstərilməsi və öyrənilməsinə) həsr olunmuş formaları var.

See also:

Jurnalistika terminləri lüğəti

fotoportret

yun. photos – işıq + fr. portraire – cizgilərinə qədər təkrarlamaq

1. Hər hansı şəxsin xarakterini, yaxud xarakterinin bir cizgisini qabarıq nümayiş etdirən fo­toşəkil.

2. Fotojurnalistikanın publisistik janrlarından biri.

F. hər hansı məqalənin içərisində yerləşdirilə, yaxud müstəqil material kimi təqdim oluna bilər. F. – foto­jur­nalistikanın rəssamlıqdan əxz etdiyi, bə­dii yaradıcılığa ən yaxın janrıdır. Məhz buna görə fotosərgilərdə nümayiş etdirilən eks­ponatlar arasında, bir qayda olaraq, port­retlər üstünlük təşkil edir.

See also:

Jurnalistika terminləri lüğəti

fotoreportaj

yun. photos – işıq + fr. reportage  < lat. reporto – ötürmək, xəbər vermək

1. Faktın, hadisənin müxtəlif as­pektlərini və inkişaf mərhələlərini oxucu (tamaşaçı) auditoriyasına fotoşəkillər vasitəsilə nümayiş etdirən jurnalist mate­rialı. 

2. Fotojurnalistikanın janrlarından biri.

F. – faktın, hadisənin şəkillərin dili ilə hərtərəfli və ardıcıl təsviridir, burada əsas informasiya daşıyıcısı rolunu görüntü oy­na­yır, mətn isə ya olmur, ya köməkçi funksiyası yerinə yetirir. F.-ların digər fərq­ləndirici xüsusiyyətləri isə onların birbaşa hadisə yerindən hazırlanması və operativliyidir.

See also:

Jurnalistika terminləri lüğəti

fotoreportyor

yun. photos – işıq + fr. reporteur – danışan, məlumat verən

Fotoreportaj hazırlayan jurnalist.

F. mütləq xəbər verdiyi hadisənin şahidi olmalıdır. Ümumiyyətlə, Azərbaycanın KİV redak­si­yalarında bütün fotoqrafları fotoreportyor adlandırırlar. Terminin yarandığı Fransada isə ensiklopediya lüğətlərində F. an­la­yı­şı­nın izahı da buna uyğundur: «infor­ma­siyanı ötürmək üçün fotoqrafiyanı əsas vasitə seçmiş jurnalist».

Jurnalistika terminləri lüğəti

fotoseriya

yun. photos – işıq + lat. series – cərgə

1. Müəyyən ardıcıllıqla düzülmüş, vahid əsər kimi qavranılan fotoşəkillər sil­siləsi.

2. Fotojurnalistika janrlarından bi­ri.

F.-dan KİV-də az istifadə olunur, bəzən o, serial fotoşəkillərlə qarışdırılır; məsələn, günəşin dənizdən qalxması prosesinin anbaan qeydə alındığı fotoşəkillərin bir jurnal səhifəsində ardıcıl düzülüşü F.-dır. Müxtə­lif dənizlərdə günəşin qalxmasını əks etdi­rən və fərqli səhifələrdə dərc olunan fo­to­şəkillər isə F. janrına aid edilə bilməz, çün­ki onlar vahid əsər kimi qavranılmır.

See also:

Jurnalistika terminləri lüğəti