yun. Christos – məsiha (xilaskar, nicatverən)
Həm etiqad edənlərin sayına, həm də yayılma arealına görə ən böyük üç dünya dinindən biri.
Bu din insanları xilas etmək naminə əzablı ölümü qəbul etmiş, sonra isə yenidən dirilərək göylərə çəkilmiş İsa Məsihin (İisus Xristosun) təliminə əsaslanıb. Xristianlar İsa Məsihin qiyamətdə yenidən zühur edəcəyinə və ilahi quruluş yaradacağına inanırlar. X. ehkamları və ibadətinin əsasında Bibliya, yaxud Müqəddəs Kitab durur. Bibliyanın xalis xristian hissəsi Əhdi-cədid adlanır. Eramızın I əsrində Fələstində yaranmış X.-ın tarixi kökləri bir tərəfdən iudaizmlə, digər tərəfdən isə antik dövr fəlsəfəsi ilə bağlıdır. Özündən əvvəlki dinlərdən fərqli olaraq X.-ın hər cür etnik və sosial sədləri rədd etməsi onun geniş yayılmasına səbəb olub. 1054-cü ildə xristian kilsəsi qərb (katolisizm) və şərq (pravoslavlıq) qollarına parçalınıb. XVI əsrdə isə katolik kilsəsində Reformasiya hərəkatı nəticəsində protestantlıq yaranıb. Bu üç əsas qoldan savayı, X.-da çoxsaylı təriqətlər də var.
See also:
Tarix terminləri lüğəti