yun. Biblia – kitab, kitablar toplusu
İudaizmə və xristianlığa aid müqəddəs kitablar külliyyatı.
Bu kitablar e.ə. VIII – eramızın II əsrlərində yaradılıb. Müsəlman ədəbiyyatında “Müqəddəs kitab” və ya “Kitabi-müqəddəs” adlanır. İki hissədən ibarət olan B.-nın birinci kitabı – “Əhdi-ətiq” (Tövrat və s.) – qədim vəsiyyətlər, ikinci kitab isə “Əhdi-cədid” (İncil və s.) – yeni vəsiyyətlər adlanır. “Əhdi-ətiq” qədim yəhudi (qismən arami) dilində, “Əhdi-cədid” isə qədim yunan dilində yazılıb. “Əhdi-ətiq”ə yəhudilər və xristianlar, “Əhdi-cədid”ə isə yalnız xristianlar etiqad edirlər. B.-nın Allah tərəfindən göndərildiyi iddia olunur. Əsasən, əfsanələrdən ibarət olan B.-ya dini qanunlar, mədhiyyələr, tarixi-xronoloji qeydlər də daxil edilib.
Tarix terminləri lüğəti