Ovçuluq, yığıcılıq və balıqçılığın iqtisadi rolunun üstünlük təşkil etdiyi təsərrüfat növü.
Ən qədim təsərrüfat növü hesab olunan M.T. bəşəriyyətin inkişafının ilkin mərhələsi üçün xarakterik olub. İnsanların təbiətin hazır məhsullarını mənimsəyib istifadə etməsi M.T.-nın əsas xüsusiyyəti sayılır. Hərçənd bunu yalnız şərti olaraq “mənimsəmə” adlandırmaq olar. Belə ki, ovçuların, yığıcıların və balıqçıların fəaliyyəti sadəcə mənimsəmə ilə məhdudlaşmayıb, əməyin təşkili və məhsulun emalı ilə bağlı bir sıra mürəkkəb texniki vərdişləri özündə ehtiva edib. Neolit dövründə (təqr. 12–10 min il əvvəl) əkinçilik və maldarlığın meydana gəlməsi ilə M.T. tədricən istehsal təsərrüfatı ilə əvəzlənib.
Tarix terminləri lüğəti