1. Bax: sallamaq.
2. Zərf kimi: bir ucunu aşağı salladaraq, uzadaraq. □ Belbağını sallama bağlamaq. Kəlağayını sallama örtmək.
3. Tütəkdə çalınan xalq havalarından birinin adı. □ İndi sən bir sallama bayatı çal, gör mən necə oyadıram. (S.S.Axundov).
4. Sırğadan, çilçıraqdan və s.-dən bəzək kimi sallanan hissəciklər. □ Sallamağa sırğa taxmaq. Sallama çilçıraq.
1. Bir şeyi üzüaşağı tutmaq, uzatmaq, sallaq vəziyyətdə saxlamaq, ucunu aşağı endirmək; asmaq. □ Xalçanı balkondan sallamaq. Həyətə ip sallamaq.
2. Aşağı əymək, sallaq vəziyyət vermək. □ Qurd quyruğunu sallayıb, dərənin bir o başına gedib, bir də dönübgəlir. (A.Şaiq).
3. Məcazi mənada: qaşqabağını tökmək, üzünü turşutmaq, dinib-danışmamaq. □ Mənim malıma mallanırsan; Məni görəndə sallanırsan. (Atalar sözü).
Həmçinin bax:
1. Əzilə-əzilə, nazlana-nazlana, nazla. □ Sallana-sallana gedən Salatın! Gəl belə sallanma, göz dəyər sənə. (Aşıq Qurbani).
2. Yırğalana-yırğalana, yan basa-basa. □ Maşın uzaqlaşır, karvan sallana-sallana hərəkət edib gedirdi. (M.İbrahimov).
Azərbaycan dilinin izahlı lüğəti